Rodri “Barselona”nın transfer planını alt-üst etdi
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Barselona” rəhbərliyinə İspaniyaya qayıdacağı təqdirdə yalnız Madrid “Real”ında çıxış etmək istədiyini bildirib.
TodayPress TV “AS” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Frenki de Yonqun ciddi zədəsindən sonra ispaniyalı futbolçunun transfer imkanlarını nəzərdən keçirməyə başlayıb.
Bildirilirdi ki, “Barselona” Rodrinin razılığı olacağı halda onun üçün 50 milyon avro məbləğində rəsmi təklif göndərməyə hazırdır. Lakin “Qızıl top”un sahibi seçimini artıq Madrid təmsilçisinin xeyrinə edib.
Rodri 2019-cu ildən “Mançester Siti”nin formasını geyinir. O, İngiltərə klubuna Madrid “Atletiko”sundan 70 milyon avro qarşılığında transfer olunub. Yarımmüdafiəçinin “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Rodri son dünya çempionatının ən yaxşı futbolçusu seçilib. İspaniya millisi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Namiq HUN