Ordusu olmayan ölkənin qadın lideri NATO sammitində necə parladı ?

Ordusu olmayan ölkənin qadın lideri NATO sammitində necə parladı ?
09.07.2026 17:18 Araşdırma

Ankarada keçirilən NATO Sammiti maraqlı insanlar və hadisələrlə  yadda qaldı. 

Sammitdə boy göstərənlərdən gənc və cazibədar xanım lider beynəlxalq səhnədə sözün əsl mənasında  parladı. Ağ kostyumu, inamlı duruşu və gənc yaşına rəğmən nümayiş etdirdiyi xarizması ilə İslandiyanın Baş naziri Kristrun Frostadottir  sammitin ən çox danışılan və diqqət çəkən simasına çevrildi.

Prezident Rəcəb Tayyib Ərdoğanın onu rəsmi mərasimlə olduqca isti qarşılaması bir yana, ABŞ Prezidenti Donald Trampın protokolu kənara qoyaraq şəxsən podiumdan enib onun yanına getməsi və əlini sıxması sammitin ən böyük vizual hadisəsi idi.Rəsmi foto çəkilişləri zamanı Baş katib Mark Rutte ilə Ərdoğanın tam mərkəzində dayanan Kristrunun kadrları rəqəmsal mediada trendlərə oturdu. 

Frostadottirin görüntüləri TikTok və X (Twitter) platformalarında qısa müddətdə milyonlarla baxış topladı.

İstifadəçilər onu vaxtilə Finlandiyanı idarə edən Sanna Marin və Yeni Zelandiyanın keçmiş baş naziri Jasinda Ardern ilə müqayisə edərək, qlobal siyasətə yeni bir "liderlik estetikası"nın gəldiyini yazırlar.

Amma onun bu parıltısı təkcə vizual görüntüdən ibarət deyil. Necə deyərlər, "bapbalaca boyu var, dam dolusu toyu var".

36-38 yaşlarında  bu posta gələn Frostadottir, hazırda İslandiyada tam bir qadın rəhbərliyi erasını təmsil edir. Üç qadın partiya liderinin rəhbərlik etdiyi hökumət və qadın Prezident Halla Tomasdottir ilə ölkə gender bərabərliyində dünyaya liderlik edir. İki kiçik uşaq anası olan Frostadottir,  peşəkar  makroiqtisadçıdır. Siyasətdən əvvəl İslandiya Mərkəzi Bankında və aparıcı maliyyə institutlarında baş iqtisadçı kimi çalışıb. Məhz bu çəkisi onun sammitdəki çıxışlarına ciddi  intellektuallıq  qatdı; o, müdafiə xərclərinin artırılmasını məhz  "iqtisadi dayanıqlılıq və təhlükəsizlik balansı" ilə əlaqələndirərək əjdaha liderlərin rəğbətini qazandı.Frostadottirin ən böyük paradoksu və  geopolitik gücü elə təmsil etdiyi ölkənin unikal statusundadır.

İslandiya ordusu olmayan yeganə NATO üzvüdür, lakin 1949-cu ildən bu ittifaqın qurucularındandır. Bəli, İslandiyanın ordusu yoxdur, amma coğrafi mövqeyi (Arktika və Şimali Atlantika su yolları üzərində olması) o qədər stratejidir ki, 1949-cu ildə NATO qurularkən Alyans sırf bu mövqeyə görə ordusu olmayan bir ölkəni təsisçi üzv kimi qəbul etməyə razı olub.

Rusiya və Çinin Arktika regionundakı artan aktivliyində İslandiyanın tərkibindəki Keflavik bazası Şimali Atlantikanın təhlükəsizliyi üçün əvəzolunmaz "kilid daşı" rolunu oynayır.Gənc Baş nazir vəzifəyə gəldikdən sonra ölkə tarixində ilk dəfə rəsmi müdafiə siyasəti sənədini qəbul etdi, büdcəni artırdı və Ukraynaya birbaşa dəstək verdi.

O, İslandiyanın klassik "yumşaq güc"ünü rəsmi hərbi-siyasi təsirə çevirməyi bacardı.

Frostadottirin sammit öncəsi verdiyi "Hamımız birlikdə daha güclüyük" mesajı həm Vaşinqtona, həm də Ankaraya Şimalın təhlükəsizliyinin onlarsız müzakirə edilə bilməyəcəyinin qətiyyətli bəyanatı idi.

Yaxın illərdə qlobal səhnədə onun adını tez-tez eşidəcəyik. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 IYUL 2026
Azərbaycan və İtaliya arasında nə baş verir? 18:32 Qazdan istifadə qaydaları DƏYİŞDİRİLDİ 18:27 Xəstəxanalarla bağlı YENİ QƏRAR 18:21 Bəzi dövlət qurumlarında ştat sayı təsdiqləndi 18:17 Bakıda kişi keçmiş arvadını güllələdi - VİDEO 18:10 Artıq bu binalar üçün yeni pasport tələb olunacaq 18:05 Sabah Respublikanın bəzi ərazilərində qaz olmayacaq 18:03 "Arsenal" qapıçı İllan Melyeni heyətinə qatıb 17:49 Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi 17:31 ABŞ qüvvələri son iki gündə İranın 170-dən çox obyektini vurub 17:21 Ordusu olmayan ölkənin qadın lideri NATO sammitində necə parladı ? 17:18 Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq 17:10 Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix açıqlandı 16:47 İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma... 16:29 Prezident Gürcüstana elektrik enerjisi təchizatına dair sazişi təsdiqlədi 16:23 NATO-nun qırıcısı Yunanıstana qəza enişi etdi - VİDEO 16:15 Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA 16:04 İran bir - bir açıqlayır: hamısını ABŞ öldürdü 15:57 ABŞ Buşehr Atom Elektrik Stansiyasına zərbə endirdi - VİDEO 15:46 MİQ üzrə test imtahanlarının tarixi açıqlandı 15:35 Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olundu 15:21 Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 15:09 Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 İran ABŞ bazalarına raket zərbəsi endirdi - TƏCİLİ 14:48 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 14:42 Bütün Xəbərlər