Qazaxıstanda Qurultay seçkiləri: Seçici fəallığı 65%-i keçdi
Qazaxıstanın birpalatalı parlament - Qurultaya keçirilən seçkilərdə seçici fəallığı 65,37% təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Asel Canabilova brifinqdə məlumat verib.
Bildirilib ki, bu göstərici ölkədə 2023-cü ildə keçirilmiş sonuncu parlament seçkilərində qeydə alınan nəticəni ötüb.
“Ölkə üzrə saat 16:00-a seçki bülletenlərini 8 milyon 240 min 336 seçici alıb ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin 65,37 faizini təşkil edir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Qazaxıstanda parlament seçkiləri üçün seçici fəallığı ilə bağlı minimum hədd müəyyən edilməyib. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq baş tutmuş hesab olunur.
Aysel Mətləb