Zelenski – Fedorov qarşıdurması Qərbin hərbi yardımını DAYANDIRA BİLƏR
Avropa ölkələri Prezident Volodimir Zelenski ilə Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov arasında yaranan siyasi qarşıdurma fonunda Ukraynaya hərbi və maliyyə yardımı göstərməkdən imtina edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın “The Sunday Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “Qərb üçün Ukrayna rəhbərliyindəki siyasi parçalanma hərbi kampaniyanı təhlükə altına qoyur və müttəfiqləri uzunmüddətli hərbi, yaxud maliyyə öhdəliklərini yerinə yetirməkdən uzaqlaşdıra bilər.
Birləşmiş Krallığın Təhlükəsizlik və Müdafiə Araşdırmaları üzrə Kral İnstitutunun əməkdaşı Ed Arnold bildirib ki, ölkədə vahid qərar qəbuletmə mərkəzi olmadığı təqdirdə Avropa ölkələri Ukraynaya yardım tədarükünü azalda bilər.
“Əgər Ukraynada parçalanma baş verərsə və ölkəyə Qərblə tam şəkildə əməkdaşlıq etməyin mümkün olmayacağı bir şəxs rəhbərlik edərsə, bu, müharibə zamanı hadisələrin inkişafının ən pis ssenarilərindən biri olacaq.
Qərb həmişə Ukraynaya böyük həcmdə silah tədarük etməkdə tərəddüd edib, çünki onların necə istifadə olunacağına əmin olmayıb. 1980-ci illərdə Əfqanıstandakı mücahidlərə silah tədarükündə də oxşar vəziyyət yaranmışdı. Qeyri-sabitlik bu problemi yalnız daha da ağırlaşdıra bilər”, - deyə ekspert izah edib.
Aysel Mətləb