Mirziyoyev İlham Əliyevin diplomatiyasını yüksək qiymətləndirdi: “Parlaq qələbə!”

Mirziyoyev İlham Əliyevin diplomatiyasını yüksək qiymətləndirdi: “Parlaq qələbə!”
23.08.2026 17:06 Xarici siyasət

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diplomatiyasının nəticəsi olaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilmiş tarixi görüşünün nəticələrini qələbə adlandırıb.

TodayPress TV xəbər verir ki, Özbəkistan Prezidenti bunu Azərbaycan-Özbəkistan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

"Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü və Birgə Bəyannamənin imzalanmasını şəxsi diplomatiyanızın parlaq qələbəsi kimi qiymətləndiririk. Sizi bir daha təbrik edir və yeni böyük uğurlar arzulayıram", – deyə Mirziyoyev bildirib.

Özbəkistan Prezidenti həmçinin qeyd edib ki, Prezident Əliyevin həyata keçirdiyi suveren siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, eləcə də Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəliləməsinə xidmət edir.

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər