“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırdı

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırdı
17.06.2025 22:50

"Sabah" komandası futbolçusu Con İrasabal ilə yollarını ayırıb.

TodayPress  TV xəbər verir ki, bu barədə klubdan bildirilib.

Məlumata görə, ispaniyalı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

2022-ci ildən “Sabah”ın formasını geyinən C.İrasabal bu komandanın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, Bakı klubu ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər