Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində

Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində
28.07.2026 13:33

Fransa Futbol Federasiyası Zinəddin Zidanın milli komandanın yeni baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb.

TodayPress TV xəbər verir ki, 54 yaşlı mütəxəssis bu postda Didye Deşamı əvəzləyib.

Təcrübəli məşqçiylə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Zidan məşqçilik karyerası ərzində yalnız “Real Madrid” klubunu çalışdırıb. O, “kral klubu” ilə 3 dəfə UEFA Çempionlar Liqası Kubokunu qazanıb. Mütəxəssis, həmçinin “Real”la 2 La Liqa, 2 UEFA Superkuboku, 2 FIFA Klublararası Dünya Çempionatı və 2 İspaniya Superkubokunun qalibi olub.

Xatırladaq ki, Zidanın əvəz etdiyi Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırırdı. “Xoruzlar” onun rəhbərliyi altında 2018-ci ildə dünya çempionu titulunu qazanıblar. Bundan başqa Fransa yığması AVRO-2016 və DÇ-2022-də finala, DÇ-2026-da isə yarımfinala yüksəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər