“24 saat Nürburqrinq”: Ferstappen əlavə mərhələlərə qatılacaq

“24 saat Nürburqrinq”: Ferstappen əlavə mərhələlərə qatılacaq
30.04.2026 17:27

“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen “24 saat Nürburqrinq” yarışının həlledici kvalifikasiya mərhələsinə birbaşa vəsiqə qazana bilməyib.

TodayPress TV xəbər verir ki, Ferstappenin “Mercedes-AMG GT3” ilə çıxış edən heyəti aprel seçmə yürüşlərinin nəticələrinə əsasən ilk beşlikdə yer almayıb.

Artıq beş komanda – “Ferrari”, “Audi”, “Mercedes-Benz”, BMW və “Lamborghini” – Top Qualifying 3 mərhələsində iştirakını təmin edib.

Ferstappen isə komanda yoldaşları – Daniel Xunkadella, Lukas Auer və Jül Qunon ilə birlikdə həlledici mərhələyə yüksəlmək üçün Top Qualifying 1 və Top Qualifying 2 mərhələlərindən keçməlidir.

Qeyd edək ki, 2026-cı ildən tətbiq edilən yeni qaydalara əsasən SP9-Pro sinfində komandalar hər kvalifikasiya mərhələsində fərqli pilotlardan istifadə etməlidir. Bu isə yalnız bir sürətli dövrə ustasına güvənmək imkanını aradan qaldırır. 

Final mərhələsində ümumilikdə 12 ekipaj iştirak edəcək, onlardan yeddisi yarış həftəsonunda müəyyənləşəcək. Yarış mayın 16-17-də keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Bütün Xəbərlər