US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri

US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri
28.07.2026 10:49

Dünya reytinqinin lideri, belaruslu tennisçi Arina Sabalenka sosial şəbəkədə paylaşdığı yeni video ilə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, təcrübəli idmançı kavaler-kinq-çarls-spaniel cinsindən olan Eş ləqəbli iti ilə birlikdə məşq etdiyi anları izləyiciləri ilə bölüşüb.

Görüntülərdə Sabalenka xüsusi gimnastika rezini ilə məşq edərkən, iti də onun yanında yer alır. 

Paylaşımına zarafatla yanaşan tennisçi videonu “Eş özünü böyük it hesab edir" sözləri ilə şərh edib.

Qeyd edək ki, Sabalenkanın ABŞ Açıq çempionatının (US Open) qarışıq qoşa yarışında serbiyalı ulduz tennisçi Novak Cokoviçlə eyni cütlükdə çıxış edəcəyi daha əvvəl açıqlanıb.

Xatırladaq ki, belaruslu tennisçi 2026-cı ildə uğurlu mövsüm keçirir. O, Brisbendə keçirilən WTA 500 turnirinin qalibi olub, həmçinin İndian-Uells və Mayamidə ardıcıl çempionluq qazanaraq “Sunshine Double”a imza atıb. Sabalenka “Australian Open”in finalına qədər irəliləsə də, həlledici görüşdə Qazaxıstan təmsilçisi Yelena Rıbakinaya 4:6, 6:4, 4:6 hesabı ilə uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN: Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 Bütün Xəbərlər