Sudzuki uğrunda transfer yarışı qızışır
PSJ və “Yuventus” klubları “Parma”nın yapon qapıçısı Zion Sudzukinin transferi üçün danışıqları davam etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, PSJ 23 yaşlı qolkiperi uzunmüddətli investisiya kimi qiymətləndirsə də, ona əsas heyətdə daimi yer vəd edə bilmir.
“Yuventus” isə “Aston Villa”nın qapıçısı Emiliano Martinesi transfer edə bilməyəcəyi təqdirdə Sudzukini əsas qapıçı etməyə hazırdır.
Bildirilir ki, yapon qolkiperin özü də Turin klubuna keçməyə maraq göstərir. Lakin “Parma” hələlik transferə razılıq verməyib.
Transfermarkt portalında Zion Sudzukinin bazar dəyəri 30 milyon avro qiymətləndirilir.
Qolkiper ötən mövsüm bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 30 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.
Namiq HUN