FIFA prezidentindən rəsmi ifadə tələb olundu

FIFA prezidentindən rəsmi ifadə tələb olundu
28.07.2026 09:24 İdman

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ceymi Raskin FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırma başlanmasına təşəbbüs göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilir ki, Raskin FIFA rəhbərliyinin ABŞ prezidenti Donald Tramp və onun administrasiyası ilə mümkün əlaqələrini üzə çıxarmaq məqsədilə müvafiq sənədlərin təqdim olunmasını tələb edib.

Bundan əlavə, konqresmen FIFA-nın Mayami və Nyu-Yorkdakı ofislərinə dair, eləcə də təşkilatın Nyu-Yorkdakı qərargahından istifadə etdiyi bütün dövrü əhatə edən giriş-çıxış qeydlərinin təqdim edilməsini istəyib.

Müraciətdə ABŞ Ədliyyə Nazirliyinin dünya futbolunda korrupsiya işi üzrə aparılan araşdırmalar çərçivəsində bəzi şəxslərə qarşı ittihamların ləğvi məsələsinə də toxunulub. Söhbət 2015-ci ildə FIFA-nın 20-dən çox yüksək vəzifəli rəsmisi və idman marketinqi rəhbərlərinə qarşı başladılan istintaqdan gedir.

Sənədin sonunda Raskin Canni İnfantinodan Nümayəndələr Palatasının Hüquq Komitəsində aparılacaq müsahibə çərçivəsində rəsmi ifadə verməsini xahiş edib.

Qeyd edək ki, FIFA və ya Canni İnfantino məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Namiq HUN

XƏBƏR LENTİ
28 IYUL 2026
US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 FIFA prezidentindən rəsmi ifadə tələb olundu 09:11 Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı 09:01 Qlobal bazarlarda neft qiymətləri gerilədi 09:06 “Sabah” Avropa yolunda vacib imtahana çıxır 08:56 Moskva alov içində: Wildberries-in ən böyük anbarı belə vuruldu - VİDEO 08:41 ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır 08:10 Moskvaya bir gecədə 390-dan çox PUA hücumu olub 08:03 İsrail və Livan yenidən danışıqlar masasına qayıdır – Tarix açıqlandı 07:55 Dünya və Avropa çempionundan növbəti qızıl medal 08:49 Moskva yaxınlığında sənaye müəssisəsi vuruldu - VİDEO 07:46 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 23:44 Səhər mütləq yeyilməsi tövsiyə olunan meyvə 00:32 Kapri bahadır, Amalfi doludur - Bəs bu ada niyə gizli qalıb? 01:29 Bütün Xəbərlər