Ermənistan anklavlardan qaçdı – Açıqlamadan savaş qoxusu gəldi

Ermənistan anklavlardan qaçdı – Açıqlamadan savaş qoxusu gəldi
28.07.2026 14:22 Təhlil

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi davam etdiyi bir vaxtda anklav (eksklav) kəndlərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Növbəti dəfə Azərbaycana qarşı hüquqi əsas yaratmağa yönəlmiş iddialar səsləndirilib. Erməni politoloqu Mihran Şahzadeyan iddia edib ki, guya SSRİ dövründə "anklav" anlayışı hüquqi baxımdan ümumiyyətlə mövcud olmayıb və bu termin heç bir sovet qanunvericiliyində öz əksini tapmayıb. Onun sözlərinə görə, nə SSRİ Konstitusiyasında, nə ittifaq respublikalarının konstitusiyalarında, nə də digər normativ-hüquqi sənədlərdə "anklav" statusunu müəyyən edən hər hansı müddəa olmayıb.

Bəs delimitasiya prosesinin getdiyi bir vaxtda belə absurd açıqlama nəyə hesablanıb?

Məsələ ilə bağlı politoloq Şakir Ağayev TodayPress TV-yə danışıb.


O qeyd edib ki, erməni politoloqlar həmişə çalışırlar ki, bütün məsələləri, tarix boyu olduğu kimi, qanunları və tarixi faktları öz maraqlarına uyğun şəkildə şərh etsinlər. Onlar özlərinə sərf edən mövqeyi əsaslandırmaq üçün tarixi saxtalaşdırmağa da,  ərazi məsələlərini təhrif etməyə də  qadirdilər. 

"Şahzadeyan da bu baxımdan digərlərindən fərqlənmir. O, çox yaxşı bilir ki, SSRİ dövründə belə bir yanaşmanın hüquqi əsası ola bilməzdi. Çünki SSRİ vahid dövlət idi və onun tərkibinə daxil olan 15 müttəfiq respublika arasında dövlət sərhədləri, gömrük və digər dövlət atributları mövcud deyildi. Hamı eyni – SSRİ pasportundan istifadə edirdi və respublikalar arasında sərbəst hərəkət etmək mümkün idi". 

Analitik qeyd edib ki, hər bir respublikanın inzibati ərazisi olsa da, bugünkü anlamda dövlət sərhədləri yox idi. Həmin dövrdə müxtəlif ərazilər təsərrüfat ehtiyacları nəzərə alınaraq bir respublikanın istifadəsinə verilə bilirdi. Məsələn, otlaq, yaylaq, suvarma sahəsi, su hövzəsi və ya sənaye məqsədləri üçün bir respublikanın ərazisindən digər respublika istifadə edirdi. Bu, vahid dövlət daxilində həyata keçirilən inzibati qərarlar idi:

"Təəssüf ki, bu məsələdən ən çox zərər çəkən tərəflərdən biri Azərbaycan olub. Müxtəlif dövrlərdə Azərbaycanın bəzi əraziləri Ermənistanın istifadəsinə verilib. Buna Zəngəzur, Laçın istiqamətindəki bəzi ərazilər, eləcə də Qazax rayonundakı torpaqlar daxildir. Həmin ərazilər otlaq, yaylaq, su hövzəsi və digər məqsədlərlə Ermənistanın istifadəsinə verilmişdi. SSRİ dağıldıqdan və müstəqillik əldə olunduqdan sonra isə vəziyyət tamamilə dəyişdi. Keçmiş inzibati sərhədlər artıq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildi. Ermənistanın tez-tez istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsi də məhz bu prinsipi təsdiqləyirdi və dövlətlər sərhədlərini həmin inzibati xətt əsasında müəyyənləşdirməyə başladılar". 

O bildirib ki, Azərbaycanın torpaqları 30 il Ermənistanın işğalı altında qaldı. Hazırda həmin ərazilər işğaldan azad edilib və iki ölkə arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesi gündəmdədir.

"Erməni tərəfinin bu cür açıqlamalar verməsi təəssüf doğurur. Bu cür bəyanatlar, əslində, vaxtilə Ermənistanın istifadəsinə verilmiş ərazilərin, o cümlədən anklav və eksklavların geri qaytarılmaması məqsədinə xidmət edir. Onlar delimitasiya prosesini də öz maraqlarına uyğun istiqamətləndirməyə çalışırlar. Lakin bu proses nə erməni politoloqlarının, nə də siyasətçilərinin istəyi ilə aparılacaq. Delimitasiya SSRİ dövründən qalmış rəsmi xəritələr və hüquqi sənədlər əsasında həyata keçiriləcək. Azərbaycanın əlində müxtəlif illərə aid – 1920-ci, 1950-ci və 1970-ci illərin xəritələri də daxil olmaqla kifayət qədər arxiv materialları mövcuddur. Azərbaycan delimitasiya prosesini həmin rəsmi sənədlər əsasında aparmağa hazırdır", – Ş. Ağayev vurğulayıb.

Ekspertin qənaətincə, belə açıqlamaların əsas məqsədi Azərbaycan-Ermənistan delimitasiya prosesini ləngitmək və prosesi uzatmaqdır: "Onsuz da delimitasiya mürəkkəb və uzunmüddətli prosesdir. Azərbaycanla Rusiya arasında bu proses uzun illər davam edib. Hətta Azərbaycanın yaxın tərəfdaşı hesab olunan Gürcüstanla da delimitasiya prosesi bu günə qədər tam başa çatmayıb. Ermənistanla bu prosesin daha uzun çəkməsi də istisna deyil. Lakin bu cür açıqlamalar daha çox Ermənistanın daxili ictimai rəyinə hesablanıb və danışıqlar prosesini çətinləşdirmək məqsədi daşıyır". 

Politoloq sonda əlavə edib ki, ekspertlər müxtəlif iddialar irəli sürə bilərlər. Ancaq ortada rəsmi xəritələr, hüquqi sənədlər, Alma-Ata Bəyannaməsi və beynəlxalq hüququn prinsipləri var. Delimitasiya prosesi də məhz bu sənədlər və beynəlxalq hüquq normaları əsasında aparılacaq.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Romano transfer bombasını partlatdı: Mançini “Skuadra Adzurra”ya qayıdır 15:47 Sahibə Qafarova Efiopiyada səfərdədir 15:42 Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi" 15:28 İsrail İranın enerji obyektlərini vurmağa hazırlaşır 15:26 Azərbaycan millisi inanılmaz kambeklə qələbə qazandı 15:21 Adetokunbo yeni macərasına böyük hədəflə başlayır 15:15 Polşa şirkətləri Azərbaycan bazarına çıxır 15:05 Husilərdən Qırmızı dənizdə təhlükəli plan 14:50 Bakıda müəllimi güllələyən şagirdin atasını məhkəmə cəzalandırdı 14:36 Ermənistan anklavlardan qaçdı – Açıqlamadan savaş qoxusu gəldi 14:22 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:11 Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:07 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edildi 14:04 Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu 13:50 Prezident sərəncam imzaladı 13:46 Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi 13:38 Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində 13:33 O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı 13:20 DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 40 dərəcə isti olacaq - SABAHIN HAVASI 13:00 Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir - İş başlandı 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Bütün Xəbərlər