NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu!

NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu!
20.08.2026 16:45

NBA-in “Cleveland Cavaliers” klubunun heyətində çempionluq qazanan Tristan Tompson Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Basketball” klubunun qlobal səfiri təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, yeni vəzifəsində keçmiş basketbolçu klubun beynəlxalq tanınmasının artırılması, strateji tərəfdaşlıqların inkişafı və azarkeşlərlə əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Tompson, həmçinin BƏƏ-də basketbol mədəniyyətinin inkişafına və klubun beynəlxalq bazarlardakı mövcudluğunun genişləndirilməsinə dəstək verəcək.

NBA çempionu bildirib ki, “Dubai Basketball” sadəcə komanda yaratmaqdan daha böyük məqsədlər qarşısına qoyub. Onun sözlərinə görə, Dubayı Yaxın Şərq, Avropa və digər regionlardan olan istedadları, azarkeşləri və imkanları birləşdirən dünya basketbol mərkəzinə çevirmək üçün real potensial var.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər