İran millisi ABŞ-dəki dünya çempionatına gedəcəyini təsdiqlədi

İran millisi ABŞ-dəki dünya çempionatına gedəcəyini təsdiqlədi
02.03.2026 17:51

İranın İspaniyadakı səfiri Rza Zabib ölkə millisinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı məsələyə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə AS nəşrinə danışıb.

Səfir qeyd edib ki, İran yığması mundialda iştirak edəcək və bunun üçün heç bir maneə yoxdur.

“İran dünya çempionatına gedəcək. Bizim orada olmağa haqqımız var. Heç bir problemimiz yoxdur, gedəcəyik”, – deyə o, bildirib.

Daha əvvəl İran millisinin ABŞ və müttəfiqlərinin ölkəyə qarşı hərbi əməliyyatları səbəbindən turnirdən imtina edə biləcəyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, İran yığması 2026 FIFA Dünya Çempionatına vəsiqə qazanıb və G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Komandanın hər üç oyunu ABŞ ərazisində keçiriləcək.

Mundial yayda ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il mundialının finalında Argentina yığması Fransa komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə argentinalılar 4:2 hesabı ilə qalib gəliblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Bütün Xəbərlər