Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır"
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə əməkdaşlığın gücləndirilməsi Ermənistanın xarici siyasət və iqtisadiyyat sahəsində əsas prioritetlərindən biri olaraq qalır.
TodayPress TV xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı danışıb.
Baş nazirin sözlərinə görə, bu yanaşma Ermənistan hökumətinin yeni proqramında da öz əksini tapacaq.
O qeyd edib ki, İrəvan Aİİ-nin əsas prinsiplərinə sadiqdir. Paşinyan xatırladıb ki, təşkilatın əsas prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətidir.
Bununla yanaşı, o vurğulayıb ki, bu prinsiplər hələ də tam tətbiq edilmir. Paşinyanın sözlərinə görə, müxtəlif məhdudiyyətlər və inzibati maneələr ümumi bazarın tam fəaliyyətinə əngəl yaradır, biznes mühitinin proqnozlaşdırılmasını çətinləşdirir və inteqrasiya proseslərinin səmərəliliyini azaldır.
Türkan İsgəndərli