Alonsonun qərarı Okonun taleyini həll edə bilər

Alonsonun qərarı Okonun taleyini həll edə bilər
07.08.2026 11:56 İdman

“Haas” komandasının pilotu Esteban Okon 2027-ci il mövsümündə “Aston Martin”ə transfer oluna bilər.

TodayPress TV “Auto Sport Web” nəşrinə istinadən xəbər verir ki, fransalı pilot mövsümün sonunda “Haas”dan ayrılacağı təqdirdə, Fernando Alonsonun komandanı tərk etməsi halında onun yerini tutmağa əsas namizədlərdən biri hesab olunur.

Bildirilir ki, “Aston Martin”in sahibi Lourens Stroll indiyədək oğlu Lens Strollun komanda yoldaşı kimi əsasən dünya çempionlarını seçməyə üstünlük verib. Lakin 2027-ci ildə uyğun çempion tapılmasa, ən azı Qran-pri qalibi olan pilotun dəvət ediləcəyi gözlənilir. Okon isə 2021-ci il Macarıstan Qran-prisinin qalibi olduğu üçün bu meyara cavab verir.

Mənbənin iddiasına görə, Okonun üstünlüklərindən biri də onun Lens Stroll ilə gənclər seriyalarından bəri yaxın dost olmasıdır. Alonsonun komandadan ayrılacağı təqdirdə, kanadalı pilotun komanda yoldaşı kimi məhz Okonu görmək istəyə biləcəyi vurğulanır.

Qeyd olunur ki, Esteban Okon bu ssenarinin reallaşacağına ümid edir və Fernando Alonsonun gələcəyi ilə bağlı yaxın həftələrdə verəcəyi qərarı gözləyir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Bütün Xəbərlər