İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH

İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH
07.08.2026 12:02 Təhlil

Yəməndə 2022-ci il atəşkəsindən sonra tərəflər arasında ən ciddi eskalasiyalardan biri yaşanır. İranın dəstəklədiyi husilərin hökumət qüvvələrinə raket və PUA-larla hücumu nəticəsində azı 30 əsgər ölüb, 50-dən çox hərbçi yaralanıb. Hadisə ölkədə yeni genişmiqyaslı qarşıdurma ehtimalını gündəmə gətirir. 

Maraqlıdır, husilərin bu hücumlarının arxasında hansı məqsədlər dayanır? Ölkə yeni genişmiqyaslı müharibəyə sürüklənə bilərmi?

Sözügedən məsələ ilə bağlı politoloq Asif Nərimanlı TodayPress TV-yə danışıb. 


O qeyd edib ki,  husilər İranın əsas dəstəyi və göstərişi ilə hərəkət edən qüvvə kimi çıxış edir və bunun bir neçə regional hədəfi var: 

"İran bununla, ilk növbədə, regionda proksi qüvvələrinin hələ də təsir imkanlarına malik olduğunu göstərməyə çalışır. Husilər son qarşıdurmalardan, xüsusilə də İsrailin Livana hücumlarından sonra İranın regiondakı əsas proksi qüvvələrindən biri kimi ön plana çıxmağa başlayıblar. Çünki indiyə qədər bu rolda daha çox "Hizbullah" öndə idi. Lakin İrana qarşı müharibə və İsrailin Livandakı əməliyyatlarından sonra "Hizbullah" ciddi itkilərlə üzləşdi və əvvəlki gücünü əhəmiyyətli dərəcədə itirdi. Belə bir vəziyyətdə husilər İran üçün əsas təsir rıçaqlarından birinə çevrilib. Tehran da onların vasitəsilə regionda hələ də təsir imkanlarının olduğunu nümayiş etdirməyə çalışır". 

Analitikin fikrincə, burada Qırmızı dəniz ətrafındakı strateji mövqelər də xüsusi əhəmiyyət daşıyır:

"İran xüsusilə Hörmüz boğazı ilə bağlı yaranmış vəziyyətdən sonra regiondakı əsas strateji keçidlər üzərində təsir imkanlarını qorumağa çalışır. Bu baxımdan Yəmən və husilərin nəzarət etdiyi ərazilər İran üçün mühüm geosiyasi əhəmiyyət daşıyır". 

Politoloqun qənaətincə, ən mühüm məqamlardan biri də İrana qarşı müharibədən və Livanda "Hizbullah"a endirilən zərbələrdən sonra husilərin daha da aktuallaşmasıdır:

"Belə görünür ki, Amerika və İsrail, eləcə də regionda İrana qarşı mövqe tutan qüvvələr İranın bir sıra proksi qruplarını ciddi şəkildə zəiflədiblər. Hazırda isə ən təsirli proksi qüvvələrdən biri kimi husilər ön plana çıxır. Bu səbəbdən də onların zəiflədilməsi əsas hədəflərdən birinə çevrilib". 

Ekspert hesab edir ki, son günlər Yəməndə hökumət qüvvələrinin fəallaşması da məhz bu kontekstdə qiymətləndirilə bilər. Xüsusilə Səudiyyə Ərəbistanının bu əməliyyatlara qoşulması və hökumət qüvvələrinə dəstək verməsi husilərə qarşı daha ciddi təzyiq göstərilməsi planının bir hissəsi kimi görünür. Burada məqsəd, müəyyən mənada, "Hizbullah"ın zəiflədilməsinə bənzər şəkildə husilərə də ciddi zərbə vurmaq və onların regional təsir imkanlarını məhdudlaşdırmaqdır.

Analitik, husilərin  İranın dəstəyi ilə bu prosesə müqavimət göstərməyə və mövqelərini qorumağa çalışdıqlarını vurğulayıb:

"Təbii ki, bu kontekstdə Yəməndə baş verən hadisələrin yenidən genişmiqyaslı müharibəyə və uzunmüddətli toqquşmaya çevrilməsi riski də kifayət qədər böyükdür. Lakin burada bu ehtimalı müəyyən qədər zəiflədən bir neçə amil var. Birincisi, nə husilər, nə də hökumət qüvvələri bir-birini tam məğlub edə biləcək hərbi üstünlüyə malikdir. Husilər İranın dəstəklədiyi proksi qüvvə olsalar da, nəzarət etdikləri ərazilər və malik olduqları hərbi imkanlar onları hökumət qüvvələri üçün kifayət qədər ciddi rəqibə çevirir". 

O hesab edir ki, 2022-ci ildə əldə olunan atəşkəs də məhz bu reallığın nəticəsi idi:

"Tərəflərdən heç biri digərinə qarşı həlledici üstünlük qazana bilmədi. Uzunmüddətli döyüşlər nəticəsində həm hərbi, həm də iqtisadi baxımdan ciddi itkilər verildiyi üçün tərəflər atəşkəsə getməyə məcbur oldular. Hazırda da tərəflərdən heç birinin digərinə qarşı həlledici üstünlüyü yoxdur. Bu baxımdan, qarşıdurmanın davam etməsi və onun genişmiqyaslı müharibəyə çevrilməsi hər iki tərəf üçün ciddi risklər yaradır və o qədər də sərfəli görünmür". 

Asif Nərimanlı əlavə edib ki, Yəməndəki qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi daha çox region ölkələrinin, xüsusilə də kənar qüvvələrin hökumət qüvvələrinə birbaşa hərbi dəstək verib-verməməsindən asılı ola bilər:

"Söhbət xüsusilə quru əməliyyatlarından gedir. Hazırda belə bir ssenarinin reallaşması isə o qədər də real görünmür. Çünki hava zərbələri həyata keçirilsə belə, yalnız hökumət qüvvələrinin quru əməliyyatları hesabına husilər üzərində tam qələbə qazanması çətin görünür. Eyni zamanda, husilərin əvvəlki hərbi gücünü itirməsi və İranın müharibədən sonra zəifləməsi də onların dəstək imkanlarını müəyyən qədər məhdudlaşdırıb". 

Ekspertin dediyinə görə, hazırda tərəflərin əsas məqsədi qarşı tərəfə tam qalib gəlməkdən daha çox güc nümayiş etdirmək və mümkün qədər üstün mövqe əldə etməkdir.  O əlavə edib ki, buna görə də Yəməndə gərginliyin artması və lokal toqquşmaların davam etməsi ehtimalı yüksək olsa da, bunun yaxın perspektivdə genişmiqyaslı müharibəyə çevrilməsini azaldan ciddi amillər də var.

Jalə Rövşən 

FOTOLAR

İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH  — 1
XƏBƏR LENTİ
07 AVQUST 2026
Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Bütün Xəbərlər