İnamlı səfər qələbəsi! - “Sumqayıt” Yevlaxdan 3 xalla döndü

İnamlı səfər qələbəsi! - “Sumqayıt” Yevlaxdan 3 xalla döndü
30.01.2026 16:58

Azərbaycan Premyer Liqasında XVIII turun oyunlarına start verilib.

TodayPress TV xəbər verir ki, turun ilk oyun günündə “Karvan-Yevlax” doğma şəhər stadionunda “Sumqayıt” klubunu qəbul edib.

Görüşdə hesab 20-ci dəqiqədə açılıb. Aleksa Yankoviçin qolu ilə “Sumqayıt” önə keçib - 0:1.

Ardınca 33-cü dəqiqədə Ronaldo Vaskez fərqlənərək hesab arasındakı fərqi artırıb - 0:2.

İkinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran “Sumqayıt” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 6 xalı olan “Karvan-Yevlax” isə sonuncu — 12-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XVIII tura fevralın 1-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Bütün Xəbərlər