Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılar

Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılar
29.06.2026 21:49

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk yarış günü millimiz üçün uğurlu alınıb.

TodayPress TV xəbər verir ki, yığma günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuraraq 43 ölkə arasında komanda hesabında ilk pillədə qərarlaşıb.

Zəhra Quliyeva (-40 kq) finalda Macarıstan təmsilçisi Nora Pirbus-Qrofu tam üstünlüklə məğlub edərək Avropa çempionu olub.

Oğlanların -50 kq çəki dərəcəsində isə Azərbaycan finalı baş tutub. Nihad Ağayev həlledici görüşdə komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qızıl medal qazanıb. Fərid Rzazadə isə qitə birinciliyinin gümüş mükafatına yiyələnib.

İbrahim Talıbov (-55 kq) bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Vitali Lixohlyada qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Günün son medalını Könül Eyvazlı (-48 kq) qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada italiyalı Aurora Montalbanodan üstün olaraq Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, yarış iyulun 2-dək davam edəcək. Azərbaycan millisi növbəti yarış günlərində müxtəlif çəki dərəcələrində və qarışıq komanda yarışında mübarizəsini davam etdirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bakıda qadın evinin həyətində ölü tapıldı 22:47 Dünya Bankından Bakıya 410 milyon dollarlıq dəstək 22:56 Ölkəsinin gələcəyindən danışdı - “Bizə rahatlıq verməyəcəklər” 22:49 Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatdı 22:36 Zelenskidən sensasion açıqlama: Putinə sülh təklifini Lukaşenko çatdırıb 22:30 “Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı 22:21 Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər 20:28 Putinin müsahibəsindən 6 dəqiqəlik hissənin çıxarıldığı iddia olunur 22:00 Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılar 21:49 Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqladı 21:41 Almaniyada 26 nəfər suda boğularaq həyatını itirib - Bu səbəbdən 19:52 Rusiya yenidən hücuma keçdi: Zaporojyedə inzibati bina vuruldu - VİDEO 21:22 Ermənistan parlamentinin sədr müavinliyinə namizəd oldular 21:15 Paşinyan "erməni soyqırımı"nı ələ saldı: "İmtina edilməlidir" 21:12 "Türk Dünyası Həftəsi"nin ilk gününün icmal videosu yayıldı 21:07 İsraildən XƏBƏRDARLIQ: İran raket zərbəsi endirərsə... 20:47 Tokayev Kobaxidzeni I dərəcəli "Dostık" ordeni ilə təltif etdi 20:49 Paşinyan Putinlə görüşün tarixini açıqlamadı 20:44 Sultanın qarşısına eynəkdə çıxdı - “Həyat yoldaşı şillə vurub” 20:31 Hörmüzü minalardan birgə təmizləyəcəklər 20:05 Hindistan və Səudiyyə Ərəbistanı memorandum imzaladı 20:03 Bu qanun layihəsi Azərbaycan parlamentində dəstəkləndi 20:16 Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı 20:14 Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar 19:57 Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb 20:01 Bütün Xəbərlər