Sultanın qarşısına eynəkdə çıxdı - “Həyat yoldaşı şillə vurub”

Sultanın qarşısına eynəkdə çıxdı - “Həyat yoldaşı şillə vurub”
29.06.2026 20:42 Dünya

Fransa Prezidenti Emmanuel Makron gözündə yaranan problem səbəbindən Oman sultanı ilə görüşə tünd eynəkdə qatılmaq məcburiyyətində qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Dövlət başçısı Oman sultanı Heysəm bin Tariqi qarşılamaq üçün Yelisey sarayının pilləkənlərinə eynəklə çıxıb. Makron rəsmi görüş zamanı qapalı məkanda belə eynəyini çıxarmayıb.

Prezidentin ətrafı məsələyə aydınlıq gətirərək qısa olaraq bildirib ki, bu, dövlət başçısında yenidən yaranan göz problemidir. Lakin Fransa Hökumətinin rəsmi açıqlamalarına baxmayaraq, hadisə ölkədə və sosial şəbəkələrdə fərqli şayiələrə yol açıb. Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo iddia edib ki, prezident bu eynəyi həyat yoldaşı Bricitin vurduğu şilləyə görə taxır.

Xatırladaq ki, bu, Fransa liderinin ilk analoji problemi deyil. Yanvarın 15-də ölkənin Silahlı Qüvvələri qarşısında çıxış edərkən Makronun sağ gözünün qızardığı və iltihablaşdığı diqqətdən qaçmamışdı. Həmin vaxt da sosial şəbəkə istifadəçiləri prezidentin xanımı ilə dalaşdığı və məişət zorakılığının qurbanı olduğu barədə zarafatlar etmişdilər.

Hökumətin mətbuat xidməti isə qızartının səbəbini sadəcə gözdəki damarın partlaması ilə əsaslandırmışdı. Daha əvvəl də mətbuatda Makronun təyyarədə həyat yoldaşı tərəfindən şillələnməsi barədə iddialar yayılmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı 12:49 Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır 11:57 “Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə! 12:28 Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu 11:54 Azərbaycan əmindir ki, biz uduzacağıq - Video 12:27 Rusiya İrəvana şərt qoydu: Malların buraxılması... 12:22 Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı 11:49 Tramp Kim Çen Inla görüşmək istəyir 11:23 Rusiya aktivləri Ukraynaya verilir? Kiyevdən beynəlxalq tərəfdaşlara mühüm tələb 11:33 Malkomun Səudiyyə macərası bitir: yeni klubla razılıq əldə olundu 11:25 "Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi 10:44 Trampdan gözlənilməz müdaxilə: ABŞ-Cənubi Koreya təlimləri vaxtından əvvəl bitir 10:36 Malayziyanın yeni səfiri Azərbaycana gəldi 10:54 O’Hara “Mançester Yunayted”in transferlərini sərt tənqid etdi 10:50 Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq 10:48 Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar: 9 nəfər həbs edildi 10:36 Sabalenkodan möhtəşəm rekord: WTA-1000 turnirlərində tarix yazdı 10:30 Azərbaycan XİN Əfqanıstanı təbrik etdi 10:21 Çində güclü zəlzələ baş verdi 10:07 BMT: 2025-ci ildə 907 yardım əməkdaşı zərər çəkib 09:43 Alonso “Çelsi”nin problemini tapdı: istedad var idi, liderlik yox 09:36 Neftin qiyməti artdı 09:32 “Barselona”da yeni lider: Rafinya kapitan sarğısını taxacaq 09:29 “Mançester Siti”yə pis xəbər: Jeremi Doku həftələrlə oynamaya bilər 09:16 Yaponiya hipersəs raketlərinə keçir 09:21 Bütün Xəbərlər