Almaniyada 26 nəfər suda boğularaq həyatını itirib - Bu səbəbdən

Almaniyada 26 nəfər suda boğularaq həyatını itirib - Bu səbəbdən
29.06.2026 21:38 Dünya

Almaniyada qeydə alınan kəskin istilər zamanı ötən həftəsonu su hövzələrində çimən ən azı 26 nəfər boğularaq həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu statistik məlumatları Almaniyanın Suda Xilasetmə Cəmiyyəti (DLRG) yayıb.

Həlak olanların hamısının yetkinlik yaşına çatmış kişilər və yeniyetmə oğlanlar olduğu bildirilir. DLRG-nin siyahısına kimliyi məlum olan, lakin axtarış tədbirləri heç bir nəticə verməyən itkin düşmüş şəxslər də əlavə edilib. Qurumun hesabatına əsasən, fərqli su obyektlərində çimərkən təhlükə ilə üzləşən daha səkkiz nəfər reanimasiya şöbəsinə yerləşdirilib.

İyunun 28-də Almaniya Meteorologiya Xidməti (DWD) növbəti temperatur rekordunu rəsmiləşdirib - Almaniya-Polşa sərhədində, Brandenburqun Koşen bölgəsində hava 41.7 dərəcəyə qədər qızıb. Ekstremal istilər bütün ötən həftə ərzində ölkənin hər yerində davam edib və yalnız bazar ertəsi günü azalmağa başlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 Bütün Xəbərlər