Zelenskidən sensasion açıqlama: Putinə sülh təklifini Lukaşenko çatdırıb
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenko vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə sülh danışıqlarına başlamağı təklif etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Ukrayna lideri ölkəsinin müharibəni dayandırmaq üçün bütün mümkün variantları təklif etdiyini, lakin Rusiyanın hər dəfə bu təşəbbüsləri rədd etdiyini deyib.
Zelenskinin sözlərinə görə, Moskva bununla bir daha döyüş əməliyyatlarını davam etdirmək niyyətində olduğunu nümayiş etdirib.
Ukrayna Prezidenti əlavə edib ki, əgər Vladimir Putin cəbhəyə daha bir milyon hərbçi göndərmək qərarına gəlsə, indiyədək hərbi xidmətə çağırılmayan Rusiya vətəndaşları mümkün yeni səfərbərlik barədə düşünməlidirlər.