Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı
29.06.2026 20:14 Cəmiyyət

Xüsusilə külli miqdarda mənimsəmə və başqa cinayətlərdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin sabiq rəisi Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə başlayıb.

TodayPress TV xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə öncə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra tərəflərin vəsatətləri dinlənilib.

Növbəti məhkəmə prosesi iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, Ramin İsmayılov ötən ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən vəzifəsindən azad edilib. Ramin İsmayılov 3,6 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın” 21:33 Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı 20:53 Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı 20:37 Şəkil başqa söz deyir, Tramp başqa - FOTO 20:20 Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO 20:02 Ucarda dəhşətli qəza - 6 nəfər yaralandı - FOTO 19:49 Ərdoğan Qəzza ilə bağlı: “Nə lazımdırsa, edəcəyik!” 19:20 İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir” 19:12 Türkiyədə axtarılan cinayətkar Bakıda tapıldı 18:56 Paracüdoçumuz 10-cu dəfə Avropa çempionu oldu 18:38 Bakıda narkotacir saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR 18:32 İran fransalı diplomatları gizli görüşdə “yaxaladı” 18:20 Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ 18:09 Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 Bütün Xəbərlər