Cokoviçə dəstək: əfsanə tənqidlərə cavab verdi

Cokoviçə dəstək: əfsanə tənqidlərə cavab verdi
18.03.2026 16:33

“Böyük Dəbilqə” turnirlərinin 8 qat qalibi olan amerikalı Cimmi Konnors serbiyalı tennisçi Novak Cokovicin karyerasını bitirməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Tennis World USA” məlumat yayıb. 

“İnsanların onun getməli olduğunu deməsi xoşuma gəlmir. Bunu deyə biləcək yalnız bir nəfər var – o da özüdür. Heç kim bir insanın bu qədər sevdiyi şeyi onun əlindən ala bilməz.

Onun necə oynadığı rekordlarından, bu oyundan aldığı zövqdən görünür. Eyni zamanda özünü qane edən səviyyədə qalmağa çalışır. Məncə, əsas məsələ də budur.

O, heç kimə xoş gəlmək məcburiyyətində deyil. Mənə də yox – mən sadəcə izləyiciyəm. O, yalnız özünü qane etməlidir. Əgər korta çıxıb əlindən gələni etdiyini hiss edirsə – ki, görünür hər gün belə edir – bundan artıq heç nə tələb olunmur”, – deyə Konors bildirib.

Qeyd edək ki, 38 yaşlı Novak Cokovic çiyin zədəsinə görə “Mayami Open”dən geri çəkilib. O, ötən il bu turnirdə finala yüksəlmiş və həlledici görüşdə Yakub Mensikə uduzmuşdu.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Bütün Xəbərlər