Van Qal yenidən Niderland millisinin sükanı arxasında?
74 yaşlı Lui van Qal Niderland millisinə qayıtmağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.
Tanınmış niderlandlı mütəxəssis Lui van Qal Niderland Kral Futbol Assosiasiyası (KNVB) istək göstərərsə, milli komandanın baş məşqçisi vəzifəsinə qayıdışla bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib.
74 yaşlı çalışdırıcının hazırkı sağlamlıq vəziyyəti yenidən məşqçilik etməsinə imkan verir. Bununla belə, Niderland millisinə qayıtmaq onun üçün əsas məqsəd sayılmır və o, yalnız KNVB-nin marağı olacağı təqdirdə bu məsələdə dialoqa açıqdır.
Mənbə qeyd edir ki, Van Qal milli komandanın heyətindəki futbolçuların əksəriyyətini yaxşı tanıyır və beynəlxalq turnirləri yaxından izləməyə davam edir.
Qeyd edək ki, Lui van Qal daha əvvəl üç müxtəlif dövrdə – 2000–2001, 2012–2014 və 2021–2022-ci illərdə Niderland yığmasının baş məşqçisi olub.
Namiq HUN