724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır!
NBA ulduzu Nikola Yokiç 2027-ci ilin yayında azad agent statusu alacağı təqdirdə liqa tarixinin ən böyük müqaviləsini imzalaya bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN-in maaş və müqavilələr üzrə eksperti Bobbi Marks məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı serbiyalı mərkəz oyunçusu 359,5 milyon dollar dəyərində müqaviləyə imza ata bilər. Bu baş verərsə, həmin anlaşma NBA tarixinin ən böyük kontraktı olacaq.
Bundan əlavə, Yokiçin meydandakı karyera qazancı ümumilikdə 724 milyon dollara çata bilər.
Qeyd edək ki, serbiyalı basketbolçu ötən NBA müntəzəm mövsümündə 65 oyunda meydana çıxıb. O, hər oyunda orta hesabla 27,7 xal, 12,8 ribaund, 10,7 məhsuldar ötürmə və 1,4 topalma ilə yadda qalıb.
Namiq HUN