Ombudsmanın nümayəndələri Ağdərədə aşkarlanmış kütləvi məzarlığı yerində araşdırdılar

Ombudsmanın nümayəndələri Ağdərədə aşkarlanmış kütləvi məzarlığı yerində araşdırdılar
14.10.2025 17:14 Sosial

Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov və Sevinc Şener tərəfindən Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində müvafiq araşdırma aparılıb və faktoloji materiallar toplanılıb.

TodayPress TV xəbər verir ki, kütləvi məzarlıqlardan toplanmış materiallar əsasında monitorinqin nəticələrinə dair Ombudsman tərəfindən müvafiq hesabat hazırlanaraq ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim ediləcək.

Ombudsman Aparatının bu barədə məlumatında qeyd edilib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanlarının, o cümlədən itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayır.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının topladığı məlumatlar və şahid ifadələri əsasında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində, döyüş mövqeyi olmuş yüksəklikdə aparılan axtarışlar nəticəsində Azərbaycan hərbi qulluqçularına aid olduğu ehtimal edilən 10-dan çox insan qalığı aşkar olunub.

Beynəlxalq humanitar hüquqa əsasən, itkin düşmüş şəxslərin taleyi barədə məlumatların toplanması və onların yaxınlarının həqiqəti bilmək, məlumat almaq hüquqları təmin edilməlidir. Azərbaycan Ombudsmanı itkin düşmüş soydaşlarımızın taleyi haqqında məlumatların əldə edilməsi, o cümlədən Ermənistanın törətmiş olduğu müharibə cinayətləri nəticəsində pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq tədbirlər, faktaraşdırıcı missiyalar həyata keçirməkdədir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Bütün Xəbərlər