Vətən müharibəsi şəhidi Cavid Cabarzadənin ailəsi ziyarət olundu

Vətən müharibəsi şəhidi Cavid Cabarzadənin ailəsi ziyarət olundu
31.10.2025 11:19 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov şəhid Cavid Cabarzadənin Suraxanı rayonunda yaşayan ailəsini ziyarət edib.

TodayPress TV xəbər verir ki, C.Cabarzadə aprel döyüşlərinin iştirakçısı olub.

Vətən müharibəsində isə Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. 

Prezident İlham Əliyevin Sərəncamları ilə Cavid Cabarzadə “Vətənə xidmətə görə” ordeni, həmçinin “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Şəhidin ailəsinə sosial ödənişlər təyin edilib və digər sosial dəstək tədbirləri həyata keçirilib. Eləcə də, şəhid ailəsi Nazirlik tərəfindən ikiotaqlı, tam təmirli mənzillə təmin olunub.

Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliklərdən bəhs edilib.

Z.İbrahimov şəhid Cavid Cabarzadənin xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər