IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır

IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır
13.07.2026 08:22 Siyasət

Bu gün - 13 iyulda IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır.

TodayPress TV xəbər verir ki, 2 gün davam edəcək olan tədbir "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunur.

Tədbirdə 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.

Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.

Tədbir mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal 11:09 Azərbaycan bu ərazilərin azad olunmasını tələb etdi 10:57 Azərbaycan Ukraynaya dəstəyini ifadə elədi - Prezidentdən açıq mətn 10:52 Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə öldürüldü - SƏBƏB 10:49 Putin Amerikanı qəlbindən vurdu - Dolları öldürürsünüz... 10:37 Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır 10:29 Gənc aktrisanı qətl edən erməninin adı niyə gizli saxlanıldı? 10:20 Qalmaqallı dindar qadın Azərbaycana qarşı savaş açdı: Azərbaycandan İrana "hicrət" etdik, rahat yaşamaq üçün... 10:16 Prezident: Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir 10:05 İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü 10:03 Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev 09:55 Prezident: Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq 09:49 Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir 09:44 Qərbi Türkiyə qorxusu bürüdü - qaranlıq ssenaridə işıq üzünə çıxanlar... 09:39 Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətini açıqladı 09:39 Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışdı 09:32 Füzulidə minalanmış ərazidəki yanğına əlavə qüvvə cəlb edildi - YENİLƏNDİ 23:31 Con Bolton: "İrana qarşı mübarizə üçün kürdlər silahlandırılmalıdır" 09:13 İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək - CANLI 08:58 Alimlərdən xəbərdarlıq: Amazon meşələri karbon udma qabiliyyətini itirə bilər 08:33 Bakıda bəzi ərazilər işıqsız qalacaq 08:27 IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır 08:22 ABŞ yenidən İrana zərbə endirdi – Hörmüz boğazında vəziyyət gərginləşir 08:19 Yusif Dursunov qızıl medal qazandı 01:49 Diabet özünü əvvəlcə bu əlamətlərlə göstərir - Mütəxəssislər açıqladı 00:07 Bütün Xəbərlər