Vətənə xəyanət edənlərin Hacıyevə hücumu kimin sifarişidir?
“Həyatda ən pis şey Vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mən tam səmimi deyirəm, o statusda yaşayanlara yazığım gəlir”.
Hikmət Hacıyev və Tural Sadıqlının dialoqunda bir cümlə xüsusilə diqqət çəkib.
TodayPress TV xəbər verir ki, jurnalist Azər Qismət bu barədə öz sosial şəbəkə hesabında yazıb.

O əlavə edib ki, bunun açmasını tapmağa çalışıb və adətən belə halda "yazığım gəlir" ifadəsinin yerinə "nifrət edirəm", yaxud "qəzəblənirəm" deyilməli olduğunu bildirib:
“Niyə məhz yazığım gəlir? Dərindən düşünəndə görürsən ki, Hikmət Hacıyev bu ifadənin məğzini başa düşərək işlədib və bu ifadəni işlətməyəi dərin qatda baş verənləri bilməyindən, xəbərdar olmağından irəli gəlir. Doğrudan da xaricə qaçan "dissidentlər" yazıq duruma düşürlər. Nəinki yazıq duruma, onları tələyə salırlar. Elə tələdir ki, çırpınsalar da, çıxa bilmirlər, çıxmağa ixtiyarları da yoxdur. Heç dərdlərini digərlərinə söyləyə də bilmirlər ki, tələdəyik. Ölkələrindən qaçan "dissidentlər"i həm də xaricdəki azadlıqlarını və imkanlarını məhdudlaşdıran mürəkkəb hüquqi, maliyyə, psixoloji və təhlükəsizlik amilləri ilə tələyə salıblar. Ən birinci sıxılma hüquqi və bürokratik maneə, sənədləşmə problemlərində üzə çıxır.
Birinci, xaricdən Azərbaycanı söyənlərin əksəriyyətinin Avropaya lazım olan ixtisasları yoxdur: tibb sahəsi, elektronika və s. Budur əsas onlara lazım olanlar. İncəsənət sahəsində də dünya şöhrətli şəxs olmalısan ki, sığınacaq versinlər. Lakin azərbaycanlı dissidentlərin aldıqları təhsil xaricə lazım deyil və onlardan kifayət qədərdir, saylarından minlər yaranıb. İkincisi, xarici pasportun müddətinin bitməsi insanı hüquqi statusdan məhrum edir. Başqa problem də ortaya çıxır: sığınacaq asılılığı. Qaçqın statusunun nəzərdən keçirilməsi illərlə çəkə bilər. Bir çox sahədə - hüquq, media, dövlət qulluğu - diplomlar və iş təcrübəsi xaricdə dəyərsizdir.
Diplom keçmir, üstəlik yeni ixtisasa yiyələnməyə də icazə verilmir. Söyüş söyməyi, anti-propaqandanı dayandırıb sığındığın ölkəyə lazım olan ixtisası öyrənməyə konkret icazə verilmir: "sən bizə antipropaqanda üçün lazımsan ki, Azərbaycandan istədiyimizi alaq".
Bu, təkcə Azərbaycana tətbiq edilmir. İstənilən ölkənin şantajı üçün o ölkələrin dissidentlərini də tələyə salırlar.
Niyə yazığın gəlinməsi? İxtisas öyrənə bilməzsən. Kənara çəkilib sakitlik əldə etmək qadağandır:
"İstənilən vaxt səni ölkənə təhvil verə bilərik". Yəqin ki, dördüncüsü, təhlükəsizlik xidməti ilə imzalanan sənəd. Bir var ölkənə təhvil vermək, bir də var təhlükəsizlik orqanı ilə əməkdaşlıq. Bunun maddəsi çox ağırdır.
Jurnalist Hikmət Hacıyevin hazırcavablığından xüsusi bəhs edib:
“O ki qaldı Tural Sadıqlını qınamağa ki, sakit dayandı, yaxşı danışa bilmədi.
Gəlin qarşı tərəfi də nəzərə alaq. Hikmət Hacıyev həm də mətbuat xidmətinin rəhbəri postunda çalışıb, hər gün onlarla açıqlama verib, təmas qurub. Lap Tural Sadıqlı qəzəbli, ucadan, qışqırıb danışsaydı belə, Hikmət Hacıyev özünə arxayın idi və belə olmasaydı, yaxınlaşmazdı. Dialoq zamanı bir ifadəni də xatırlayaq. Tural Sadıqlı bildirir ki, dəvət etmək olar. Bəlkə də bir anlıq deyilə bilərdi ki, dəvət edirik. Lakin Hacıyevin hazırcavablığı özünü göstərdi:
"Bu, sizin seçiminizdir". Ən sonuncusu: Vətəndən uzaq qalmaq, sosial əlaqələrin pozulması depressiyaya və dərin təcridə səbəb olur. Necə deyərlər, o statusda yaşayanlara yazığın gəlinməsi və mövcud durumlarına halın acıması baş verir”.
Qiymət Mahir