Dövlət torpaqlarını qanunsuz satanlar cinayət məsuliyyətinə cəlb olundu

Dövlət torpaqlarını qanunsuz satanlar cinayət məsuliyyətinə cəlb olundu
03.07.2026 10:50

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.

İbtidai istintaqla 11 nəfərin – Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğlunun dələduzluq və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını pozma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Qalib Əliyev, Anar Hüseynov və Ceyhun Əşrəfov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Daha sonra onlar Araz İsmayılov, Amin Quliyev, Arif Məmmədov və Vidadi Rəsulovla birlikdə həmin torpaq sahələrinin özlərinə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, İlqar Qəhrəmanov, Orxan Vahidov və Ceyhun Dəmirov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 4 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan onlar Səfa Novruzov, Amin Quliyev və Vidadi Rəsulovla birgə həmin torpaq sahələrinin özlərinə məxsus olduğunu yalandan bildirməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb, onlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Toplanmış sübutlar əsasında adları qeyd olunan şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 188.3 (kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı görülmüş tədbirlər nəticəsində 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə geri qaytarılıb. Bununla yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi də təmin edilib.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Azərbaycandan Ermənistana tonlarla buğda göndərildi? AÇIQLANDI 12:03 Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb 11:54 Prezident Aleksandr Lukaşenkoya təbrik ünvanladı 11:34 Paşinyanın ən yaxın silahdaşı belə “vuruldu” – Simonyanla bağlı şok iddialar 11:25 İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar 11:22 Fransada anomal istilər qırğın törədir: Bir həftədə 2 mindən çox şəxs... 11:18 Moldovanın Baş naziri istefa verdi 11:11 İlkin hərbi qeydiyyatda əyani təmasa son: Valideynlərin və çağırışçıların işi asanlaşır 11:05 Dövlət torpaqlarını qanunsuz satanlar cinayət məsuliyyətinə cəlb olundu 10:56 Azərbaycan neftinin ucuzlaşması büdcəyə necə təsir edəcək? - AÇIQLANDI 10:37 Ermənistanın ən böyük itkisi, ölkə Xamenei üçün göz yaşı tökür... 10:34 Niyə azərbaycanlılar Əliyevə alternativ görmürlər? 10:32 Sevgilisi tərəfindən tərk edilmiş, qohumu tərəfindən öldürülən azərbaycanlı qıza erməni qadınından inanılmaz əməl 10:10 Əmtəə bazarlarında qızıl növbəti rekorda yaxınlaşır? 09:53 DÇ-2026: 1/8 finalın 6 cütlüyü müəyyənləşdi 09:47 Brent neftində müsbət tendensiya davam edir 09:36 İranda Xameneinin vida mərasimi başladı - VİDEO 00:06 Paşinyan Tehrandadır 09:21 Hakim "Arzum"un cəzası ilə bağlı açıqlama yaydı 09:02 Mariupol vuruldu: Yük maşınları hədəfdə - VİDEO 08:54 Çin Arktikanı araşdıracaq - İqlim böhranı gerçəkləşir? 08:42 Dünyanı narahat edən ölümcül virusla bağlı YENİ STATİSTİKA - YENİLƏNDİ 18:12 Belqoroda hücum: Elektrik və su kəsildi, ölən var - VİDEO 08:31 DÇ-2026: Portuqaliya 1/8 finala yüksəldi 08:22 Antioksidantlarla zəngin altı qida 23:53 Bütün Xəbərlər