Hakim "Arzum"un cəzası ilə bağlı açıqlama yaydı

Hakim "Arzum"un cəzası ilə bağlı açıqlama yaydı
03.07.2026 09:02 Gündəm

“Paytaxtın Xəzər rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur”.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrdən məsul şəxsi, hakim Ramilə Xəzrinin açıqlamasında deyilir.

O bildirib ki, İ. Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan–Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) və 37-ci maddəsinin 4-cü hissəsinin (hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir) tələblərini pozub.

Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi “Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.

Belə ki, İ. Hacıyeva “Mercedes-Benz D2” markalı avtomobilin sağa istiqamətlənərək yolun sağ kənarında olan beton maneəyə çırpılması nəticəsində həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızının ağır bədən xəsarəti almasına, sürücü Məlikov Amalın isə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İ. Hacıyeva yol-nəqliyyat hadisəsini törətdikdən sonra öz şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxslərə yardım göstərmədən idarə etdiyi avtomobillə hadisə yerindən qaçmışdır. Bundan sonra istintaqdan yayınmaq məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Almaniya Federativ Respublikasına gedib.

İ. Hacıyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iş üzrə təyin edilmiş ekspert rəyinə əsasən, İ. Hacıyevanın hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olub və həmin maddənin tələblərinə riayət etdiyi təqdirdə onun hadisənin qarşısını almağa texniki imkanı olub.

Eyni zamanda məhkəmə prosesində dövlət ittihamçısı İ. Hacıyevaya qəti olaraq 5 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif edib.

Məhkəmə tərəfindən İ. Hacıyevanın yol-nəqliyyat hadisəsi yerindən qaçması, ölmüş zərərçəkmişin hüquqi varisi ilə və ağır bədən xəsarəti almış zərərçəkmiş şəxsin özü ilə barışığın olmaması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması nəzərə alınaraq İ. Hacıyevaya qəti olaraq 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd olunub ki, iş üzrə məhkəmə hökmündən narazı olan tərəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti vermək hüququna malikdir.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
“Qarabağ” - “Şamaxı” matçında qapılar səhv düşdü - CANLI 19:41 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 Bütün Xəbərlər