Sevgilisi tərəfindən tərk edilmiş, qohumu tərəfindən öldürülən azərbaycanlı qıza erməni qadınından inanılmaz əməl

Sevgilisi tərəfindən tərk edilmiş, qohumu tərəfindən öldürülən azərbaycanlı qıza erməni qadınından inanılmaz əməl
03.07.2026 10:07 Hadisə

Tbilisidə xüsusi amansızlıqla qətlə yetirilən 21 yaşlı Azərbaycan vətəndaşı Fatimə Kərimovanın işi ilə bağlı yeni təfərrüatlar məlum olub.

TodayPress TV xəbər verir ki, Gürcüstan mətbuatının yaydığı məlumata əsasən, hadisə iyunun 26-da baş verib.

İddialara görə, Fatimə bir neçə gün əmisi oğlu tərəfindən mənzildə saxlanılıb, fiziki zorakılığa məruz qalıb və daha sonra boğularaq qətlə yetirilib. Bildirilir ki, meyitin üzərində işgəncə izləri aşkarlanıb.

Məlumata görə, Fatimə əvvəlcə sevgilisi ilə birlikdə Gürcüstana gedib. Maddi imkanları tükəndikdən sonra sevgilisinin onu döydüyü, mobil telefonunu lombarda qoyduğu və gənc qızı tərk edərək Azərbaycana qayıtdığı iddia olunur.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, köməksiz vəziyyətdə qalan Fatiməyə əvvəlcə yerli sakin sığınacaq verib. Daha sonra onun əmisi oğlu Fatimə ilə əlaqə saxlayaraq kirayə mənzil tutacağını və onu Azərbaycana qaytaracağını vəd edib. Lakin sonradan onun qətldə əsas şübhəli olduğu ortaya çıxıb.

Mərhumun yaxınları bildiriblər ki, Fatimə yetim olub və ailəsindən yalnız 19 yaşlı bacısı sağ qalıb.

Gürcüstanın qadın hüquqlarını müdafiə edən "Sapari" təşkilatının rəhbəri Baia Pataraya bildirib ki, hadisə barədə ona rusiyalı bloger müraciət edib. Onun sözlərinə görə, Fatimə ailəsi tərəfindən əvvəllər başqa bir şəxslə nişanlandırılıb. Həmin şəxsin Fatimədən borc aldığı, lakin pulu qaytarmadığı iddia edilir. Bundan sonra Fatimə yeni həyat qurmaq ümidi ilə sevgilisi ilə birlikdə Gürcüstana yollanıb.

Baia Pataraya qeyd edib ki, Fatiməyə sonradan erməni əsilli yerli qadın kömək edib və onun ailəsi ilə əlaqə yaradılıb. Daha sonra əmisi oğlu Tbilisiyə gələrək Fatiməni özü ilə aparıb. Bir müddət sonra isə gənc qızla əlaqə tamamilə kəsilib.

Bildirilib ki, Fatimənin bacısı iki gün onunla əlaqə saxlaya bilmədikdən sonra həmin qadından mənzilə baş çəkməsini xahiş edib. Qapı açılmadığından polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olarkən Fatimənin meyitini aşkar ediblər.

Hüquq müdafiəçisinin sözlərinə görə, qətldə şübhəli bilinən şəxs hadisədən sonra Türkiyəyə qaçıb və axtarışa verilib. "Sapari" təşkilatı artıq Gürcüstan Prokurorluğuna müraciət edərək mərhumun bacısının zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi kimi tanınmasını istəyib.

Hazırda faktla bağlı istintaq davam edir. Gürcüstan hüquq-mühafizə orqanları şübhəlinin saxlanılması və ölkəyə ekstradisiyası istiqamətində tədbirlərin görüldüyünü bildirirlər.

Qeyd edək ki, iş üzrə bəzi məlumatlar hüquq müdafiəçilərinin və mərhumun yaxınlarının açıqlamalarına əsaslanır. Bu iddiaların hüquqi qiyməti istintaq və məhkəmə araşdırmalarının nəticələri ilə müəyyən olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Bütün Xəbərlər