İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar - VİDEO

İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar - VİDEO
03.07.2026 11:26 Dünya

“İsrail İranın ABŞ ilə danışıqlar aparan yüksək səviyyəli nümayəndələrinə, xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafa qarşı sui-qəsd planları hazırlaya bilərdi”.

TodayPress TV "Globalinfo.az"a istinadən xəbər verir ki, bu barədə “The New York Times”qəzeti ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

“Vaşinqton İranla danışıqların başlanğıcında ən azı Qalibafın İsrailin hədəf siyahısında olduğunu müəyyən edib və İsrail hakimiyyətindən ona qarşı mümkün sui-qəsd cəhdlərindən çəkinməyi xahiş edib”, – deyə bildirilib.

Nəşr yazır ki, bu narahatlıq ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarla bağlı məqsədlərinin fərqli olduğunu göstərən məqamlardan biridir:

“İran nümayəndələri ABŞ ilə Pakistanın İslamabad şəhərində keçiriləcək danışıqlardan əvvəl Vaşinqtondan İsrailin gizli əməliyyatlar həyata keçirməyəcəyinə dair təminat istəyiblər.

Bundan başqa, Pakistan səfərindən İrana qayıdarkən İranın təhlükəsizlik xidmətləri Qalibafın olduğu təyyarəyə hücum hazırlığı barədə kəşfiyyat məlumatı əldə edib. İddialara görə, bunun üçün İraq istiqamətindən İranın hava məkanına iki İsrail qırıcısı daxil olub. Təhlükə səbəbindən Qalibafı daşıyan təyyarə ən yaxın hava limanına təcili eniş edib, danışıqlar heyəti isə Tehrana quru yolu ilə yollanıb”.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 Bütün Xəbərlər