Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də

Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də
28.07.2026 16:22

Yaponiya Parlamenti Müşavirlər Palatasının üzvü Miçiro İşibaşinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

TodayPress TV xəbər verir ki, qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. 

Həmçinin “ASAN xidmət”in 2015-ci ildə  BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi vurğulanıb.

Hazırda ölkəmizin qabaqcıl təcrübəsinin 35-dən çox ölkəyə ixrac olunması istiqamətində fəaliyyətin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səfər çərçivəsində qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “Bilim Bakı” mərkəzinin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

TodayPress TV

FOTOLAR

Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də — 1
Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də — 2
Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də — 3
XƏBƏR LENTİ
28 IYUL 2026
Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı 17:33 Almanlar siyasi sistemi dəyişdirirlər - Avropada faşizm təhlükəsi? 17:28 “Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə 17:25 UFC çempionunun səmimi etirafı gündəm oldu 17:23 Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır 17:20 Zidan: “Deşam Deşamdır, Zidan isə Zidandır” 17:12 20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə 17:03 Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir - KOLLİZİYA 17:01 Dünya çempionu Rodri bıçaq altına yatdı 16:55 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başladı 16:48 "O, əfsanədir" – Benzemadan Zidan haqqında diqqətçəkən açıqlama 16:45 “Siti” müdafiəsinin liderini uzunmüddətli müqavilə ilə bağladı 16:39 Naomi Osaka karyerasının ən emosional anını bölüşdü 16:24 Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də 16:22 İran Ukraynaya hücum planlaşdırır? - İDDİA 16:12 Avropada Ukraynanın yeni düşməni peyda oldu - Yunanlar ittifaqı uçuruma aparır 16:11 Azərbaycanlı güləşçilər dünya çempionatında rəqiblərinə şans vermədi 16:05 SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA 15:51 Romano transfer bombasını partlatdı: Mançini “Skuadra Adzurra”ya qayıdır 15:47 Sahibə Qafarova Efiopiyada səfərdədir 15:42 Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi" 15:28 İsrail İranın enerji obyektlərini vurmağa hazırlaşır 15:26 Azərbaycan millisi inanılmaz kambeklə qələbə qazandı 15:21 Adetokunbo yeni macərasına böyük hədəflə başlayır 15:15 Polşa şirkətləri Azərbaycan bazarına çıxır 15:05 Bütün Xəbərlər