Sahil Babayev bu şəxslərin pulun kəsir

Sahil Babayev bu şəxslərin pulun kəsir
10.06.2026 13:43

Azərbaycanın regionlarında iqtisadi müstəqilliyin təmin edilməsi, yerli gəlirlərin artırılması və mərkəzi dövlət büdcəsindən asılılığın minimuma endirilməsi istiqamətdə uzun illərdir aparılan struktur islahatları öz real bəhrələrini verməkdədir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı olduqca kritik rəqəmlər açıqlayıb. Nazir bəyan edib ki, respublikanın strateji valyuta ehtiyatları kəskin artaraq 88,4 milyard dollarlıq tarixi zirvəyə yüksəlib, dövlət büdcəsi profisitlə icra olunub və xərclər tamamilə səmərəli, ünvanlı şəkildə həyata keçirilib.

Sahil Babayevin hesabatında ən diqqətçəkən məqam regionların mərkəzi büdcədən asılılığının demək olar ki, sıfırlanması anonsu olub. Nazirin sözlərinə görə, həyata keçirilən maliyyə optimallaşdırılması nəticəsində ölkə üzrə cəmi bircə rayona 1,5 milyon manat məbləğində cüzi dotasiya (maliyyə yardımı) verilib, yerdə qalan bütün şəhər və rayonlar öz xərclərini daxili yığımlar hesabına tam örtmək bacarığı nümayiş etdiriblər. Yerli icra hakimiyyətlərinə mərkəzdən ayrılan birbaşa vəsaitlərin, yəni dotasiyaların faktiki olaraq kəsilməsi bütövlükdə regional idarəetmə sisteminin iş prinsiplərini dəyişməyə məcbur edir. Bu mənzərə yerli icra başçılarının fəaliyyət effektivliyi, regionların daxili iqtisadi potensialının aktivləşdirilməsi və vergi bazasının genişləndirilməsi məsələlərini yenidən gündəmə gətirib.

TodayPress TV xəbər verir kİ, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, regionların mərkəzi büdcə dotasiyalarından imtina edərək özünü maliyyələşdirmə sisteminə keçməsi kağız üzərində böyük islahat kimi görünsə də, yerli icra strukturlarının idarəetmə fəlsəfəsində kəskin yanaşma dəyişiklikləri tələb edir:

"Maliyyə nazirinin elan etdiyi bu mənzərə, yəni ölkədə cəmi bir rayonun dotasiya alması, dövlətin uzun illərdir yerli vergi və rüsumların toplanması, sahibkarlığın regional inkişafı istiqamətində tətbiq etdiyi rəqəmsal və inzibati nəzarət mexanizminin nəticəsidir. İndiyə qədər icra başçıları mərkəzdən gələn hazır dotasiya və vəsaitləri xərcləməyə adət etmişdilər və bu, regionlarda iqtisadi fəallığı dondururdu. İndi mərkəzi pul kəsildiyi üçün icra hakimiyyətləri öz fəaliyyətlərini davam etdirmək, yerli infrastrukturu saxlamaq və maaşları ödəmək üçün öz rayonlarında sahibkarlıq mühitini canlandırmağa, daxili istehsalı artırmağa və gizli iqtisadiyyatı leqallaşdıraraq vergi yığımlarını təmin etməyə məcandırlar".

Ekspertin sözlərinə görə, dotasiyaların dayandırılması icra hakimiyyətlərinin büdcə intizamını gücləndirəcək, lakin yerli menecerlik qabiliyyəti zəif olan icra başçıları üçün ciddi çətinliklər yaradacaq:

"Bu yeni reallıq icra başçılarından klassik inzibatçı statusundan çıxıb modern iqtisadi menecer və investor cəlb edən rəhbər kimi çıxış etməyi tələb edir. Əgər bir rayonun icra başçısı öz ərazisində biznes subyektlərinə süni maneələr yaradacaqsa, yeni iş yerlərinin açılmasına mane olacaqsa, həmin rayonun daxili büdcəsi dərhal kəsir verəcək və yerli layihələr iflasa uğrayacaq. Çünki artıq mərkəz onların yerli uğursuzluqlarını dotasiya ilə örtməyəcək. Dövlətin 88,4 milyard dollarlıq nəhəng valyuta ehtiyatının olması maliyyə təhlükəsizliyimizin sığortasıdır, lakin regionların öz ayaqları üzərində durması bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün strateji şərtdir. Bu səbəbdən dotasiyasız idarəetmə modeli icra hakimiyyətlərinin fəaliyyətini tam şəffaflaşdırmalı, onları yerli bizneslə tərəfdaşlığa sövq etməli və səmərəsiz xərcləmələrə birdəfəlik son qoymalıdır".

XƏBƏR LENTİ
31 IYUL 2026
Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Bütün Xəbərlər