Yağış sularında "üzən" evlərə sığorta veriləcək? - AÇIQLAMA

Yağış sularında "üzən" evlərə sığorta veriləcək? - AÇIQLAMA
17.04.2026 15:17 Cəmiyyət

Son günlər Bakı şəhərində müşahidə olunan güclü leysan yağışları bir sıra fərdi yaşayış evlərinə və mənzillərə ciddi ziyan vurub. Xüsusilə şəhərin kənar ərazilərində yerləşən evlər və dam örtüyü zəif olan mənzillər daha çox zərər görüb. Təbii olaraq, bu hadisə nəticəsində bir çox sakin də ziyan çəkib və çətin vəziyyətlə üzləşib. 

Həmin yerlərdən biri, Abşeron rayonu, Həsən bəy Zərdabi küçəsi 28 ünvanında yaşayanlar TodayPress TV-yə danışarkən bildiriblər ki, yağış nəticəsində evlərini su basıb və suyun səviyyəsi bəzi yerlərdə qurşaq hündürlüyünə qədər qalxıb.

Nəticədə evdəki bütün məişət əşyalar, divan, mebel, xalçalar, paltaryuyan və soyuducu kimi avadanlıqlar ciddi zərər görüb.

Şikayətçilərin dediyinə görə, evə dəyən ziyanın ümumi məbləği təxminən min manat civarındadır. Onlar bu müddətdə işə və dərsə getmək də mümkün olmayıb, uşaqlar xəstəlik və gigiyenik problemlərlə üzləşiblər. 

Sakin bildiriblər ki, problem əsasən kanalizasiya sisteminin düzgün qurulmaması və ya işləməməsi ilə bağlıdır. Bununla yanaşı, ərazidəki bir çox yaşayış yerləri vasitəçilər tərəfindən tikilərək satılan evlərdir.

Ailələr dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini, lakin problemin tam həll olunmadığını bildirir. Onların əsas tələbi kanalizasiya sisteminin tam şəkildə təmizlənməsi və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün əsaslı təmir işlərinin aparılmasıdır.

Bu cür təbii hadisələrin tez-tez baş verməsi və vətəndaşların ciddi maddi ziyanla üzləşməsi fonunda belə bir sual yaranır: bu vəziyyətdə əhalinin öz əmlakını qoruması üçün hansı real imkanlar var və zərər baş verdikdə hansı addımlar atılmalıdır?

Suallarımıza cavab verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Araz Əlaslanlı vurğulayıb ki, bu kimi təbii hadisələr bir daha göstərir ki, sığorta artıq seçim deyil, zərurətdir.


Onun sözlərinə görə, hər bir vətəndaş öz əmlakını mümkün risklərdən qorumaq üçün sığortaya üstünlük verməlidir.

"Sığorta hadisəsi baş verdikdə ilk növbədə vətəndaş öz təhlükəsizliyini təmin etməli, daha sonra sığorta şirkətinin qaynar xəttinə məlumat verməlidir. Daha sonra sığorta şirkətinin mütəxəssisləri hadisə yerini araşdırır, aidiyyəti dövlət qurumlarından rəsmi məlumatlar alınır və zərərin məbləği müəyyən edilir. Bütün sənədlər və razılaşmalar tamamlandıqdan sonra sığorta ödənişləri adətən qısa müddət təxminən bir həftə ərzində vətəndaşın hesabına köçürülür".

Yaşanan hadisə bir daha göstərir ki, güclü yağıntılar təkcə təbii fəlakət kimi deyil, həm də mövcud infrastrukturun vəziyyətini üzə çıxaran ciddi siqnal kimi dəyərləndirilməlidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Bütün Xəbərlər