Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda

Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda
30.06.2026 15:04

TANAP-ın istismara verilməsindən ötən 8 il ərzində qeydə alınan 100 milyard kubmetrə yaxın nəql həcmi Azərbaycanın qlobal enerji xəritəsindəki yerini möhkəmləndirir. 

Bu uğur fonunda sual yaranır, ölkəmizin ümumilikdə nə qədər qaz ehtiyatı var, bu mavi yanacaq hansı coğrafiyaları isidir?

Rəsmi geoloji məlumatlara və SOCAR-ın hesabatlarına əsasən, Azərbaycanın təsdiqlənən təbii qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir. Yeni kəşfiyyat işləri və potensial strukturlar nəzərə alındıqda isə proqnozlaşdırılan rəqəmin 3 trilyon kubmetrdən çox olduğu bildirilir. Bunun əsas onurğa sütununu təkbaşına 1 trilyon kubmetrdən çox ehtiyata malik olan "Şahdəniz" yatağı təşkil edir. Son illərdə istismara verilən "Abşeron" və "Ümid" kimi digər yataqlar, eləcə də gələcək üçün nəzərdə tutulan "Babək" strukturu ölkəmizin hasilat potensialının davamlılığını sığortalayır.

Bu zənginliyin paylandığı coğrafiya isə ilbəil genişlənir. Azərbaycan artıq sadəcə regional deyil, qitə miqyaslı əsas qaz tədarükçülərindən birinə çevrilib. Hazırda Bakıdan çıxan boru kəmərləri, xüsusilə Cənub Qaz Dəhlizi (TANAP və TAP zənciri) vasitəsilə 10-dan çox ölkəyə mavi yanacaq nəql edilir. Bu ölkələrin başında ən böyük strateji tərəfdaşımız olan Türkiyə və qonşu Gürcüstan gəlir. Avropa İttifaqı məkanında isə İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya kimi ölkələr öz enerji təhlükəsizliyini təmin etmək üçün getdikcə daha çox Azərbaycan qazına güvənirlər. İldən-ilə Avropaya ötürülən illik həcmlər artır.

Ən maraqlı məqam isə bu ehtiyatların ömrü ilə bağlıdır. Enerji ekspertlərinin və iqtisadçıların hesablamalarına görə, mövcud qaz resursları Azərbaycanın həm daxili tələbatını, həm də beynəlxalq ixrac öhdəliklərini ən azı növbəti 100 il ərzində tam təmin etmək gücündədir. Hazırda ölkədə illik ümumi qaz hasilatı təxminən 50 milyard kubmetr civarındadır və bunun 13-14 milyard kubmetri daxili daxili bazara yönəlir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
30 IYUN 2026
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi 17:19 Dəmir çatışmazlığı necə hiss olunur? Əlamətlər və dəstəkləyici təbii yollar 16:05 Kiberpolis qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstəni ifşa etdi 17:11 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı 16:59 İran XİN Qalibafın Azərbaycana səfərini dəyərləndirdi 16:44 Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra... 16:26 DTX-yə strateji obyektlərlə bağlı yeni səlahiyyət verildi 16:22 Azərbaycan Prezidenti bu ölkənin əhalisini sevindirdi 16:17 Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA 16:05 Bu günün 1/16 final mərhələsinin oyunları açıqlandı 16:07 Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda 14:57 Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi — İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu 14:52 Xocalıda əhalini güllələyərək Ermənistana rəhbər oldu — Azərbaycan onu axtarır — Qatil prezidentin dosyesi 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 Dünyada 18-ci, Avropada 5-ci - Azərbaycanın ən uzun tunelində SON İŞLƏR 14:24 Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik 14:18 Görkəmli cərrah Mirəsədulla Mirqasımovun tarix muzeyinə bağışlanmış əşyaları oğurlandı 14:07 Bütün Xəbərlər