Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA

Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA
30.06.2026 16:05 Gündəm

Azərbaycanda rəqəmsal inkişaf sahəsində yeni addım atılıb. İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda ölkənin rəqəmsal inkişafı üzrə Fəaliyyət Planı təsdiqlənib, qarşıdakı üç ili əhatə edən Yol xəritəsi təqdim olunub. Sənəddə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya istiqamətləri prioritetlər kimi müəyyən edilib. 

Bəs yeni yaradılan Şuranın fəaliyyətindən hansı nəticələr gözlənilir? Bu qurumun yaradılmasını zəruri edən amillər nələrdir? 

Mövzu ilə bağlı deputat Ülviyyə Həmzəyeva TodayPress TV-yə fikirlərini bildirib:


“Hazırda dünyada yeni inkişaf mərhələsinin əsas hərəkətverici qüvvəsi rəqəmsal texnologiyalardır. Süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və kibertəhlükəsizlik artıq təkcə informasiya texnologiyaları sahəsinin anlayışları deyil. Dövlətlərin iqtisadi gücü, milli təhlükəsizliyi və qlobal rəqabət qabiliyyəti getdikcə daha çox onların rəqəmsal potensialı ilə müəyyən olunur. Məhz buna görə dünyanın aparıcı ölkələri rəqəmsal transformasiyanı dövlət siyasətinin prioritetlərindən birinə çeviriblər.

Azərbaycan da bu qlobal dəyişikliklərə çevik reaksiya verən ölkələr sırasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə rəqəmsal dövlət idarəçiliyi, elektron xidmətlərin genişləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması, yüksəksürətli internet infrastrukturunun inkişafı və rəqəmsal iqtisadiyyatın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Bu siyasətin əsas məqsədi texnologiyaları sadəcə tətbiq etmək deyil, onları ölkənin dayanıqlı inkişafının, iqtisadi şaxələndirilməsinin və səmərəli idarəetmənin mühüm alətinə çevirməkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi və ölkənin rəqəmsal inkişafı üzrə Fəaliyyət Planı ilə üçillik Yol xəritəsinin təsdiqlənməsi də məhz bu ardıcıl dövlət siyasətinin yeni mərhələsini ifadə edir. Bu yanaşma göstərir ki, rəqəmsallaşma artıq ayrı-ayrı layihələr deyil, vahid strateji idarəetmə modeli əsasında həyata keçiriləcək”.

Həmçinin “Xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi indiki dövrdə dövlətlərin qarşısında həm böyük imkanlar, həm də yeni çağırışlar yaranır. Məhsuldarlığın artırılması, qərarların daha operativ qəbulu və innovativ iqtisadiyyatın inkişafı ilə yanaşı, kibertəhlükəsizlik, məlumatların mühafizəsi və rəqəmsal suverenliyin təmin edilməsi də strateji əhəmiyyət daşıyır. Bu baxımdan Rəqəmsal İnkişaf Şurasının yaradılması Azərbaycanın gələcək inkişafı və milli təhlükəsizliyi baxımından mühüm institusional addımdır.

Düşünürəm ki, bu qərarın müsbət nəticələrini ilk növbədə vətəndaşlarımız hiss edəcəklər. Dövlət xidmətləri daha sürətli, daha əlçatan və daha şəffaf olacaq, sahibkarlar üçün rəqəmsal imkanlar genişlənəcək, innovativ təşəbbüslər və startap ekosistemi daha da inkişaf edəcək. Süni intellekt həllərinin təhsil, səhiyyə, kənd təsərrüfatı, sənaye və digər sahələrdə tətbiqi məhsuldarlığın artmasına, resurslardan daha səmərəli istifadəyə və yeni iqtisadi imkanların yaranmasına şərait yaradacaq.

Əslində, rəqəmsal inkişaf texnologiya məsələsindən daha geniş anlayışdır. Bu, Azərbaycanın gələcək iqtisadi modelinin, milli rəqabət qabiliyyətinin və qlobal mövqeyinin formalaşdırılmasına xidmət edən strateji seçimdir. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursuna uyğun olaraq həyata keçirilən bu islahatlar ölkəmizin regionun rəqəmsal liderlərindən birinə çevrilməsinə, innovasiya əsaslı iqtisadiyyatın qurulmasına və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfə verəcək”, - deyə, deputat qeyd edib.

Xanım Musayeva

FOTOLAR

Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA — 1
XƏBƏR LENTİ
15 AVQUST 2026
Çiro İmmobile futbola vida etdi! 01:35 ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi 00:31 Bolqarıstanın F-16 arzusu 2030-a qaldı! 01:04 Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Tramp təhlükə olan təyyarədə onu tək buraxdı deyə, istefa verdi 21:30 Kokainin üzərindən futbolçu çıxdı - Maraqlı olay - VİDEO 21:19 SON DƏQİQƏ: Azərbaycanda güclü zəlzələ oldu 21:02 Bütün Xəbərlər