Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi

Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi
18.08.2026 11:26

Azcargo Logistics and Management Services MMC - “188” yükdaşıma şirkəti vətəndaşın pulunu mənimsəyib.

TodayPress TV xəbər verir ki, bu barədə Axar.az-a şirkətin Sahib Mirzəyev adlı keçmiş əməkdaşı şikayətində bildirib.

Şikayətçinin sözlərinə görə, bir neçə ay əvvəl işdən çıxmaq üçün müraciət etsə də, şirkət tərəfindən müqaviləsinə hələ də xitam verilməyib:

“Fevral ayında rəsmi olaraq sürücü kimi şirkətdə işə düzəldim. Müqavilənin vaxtı bitdikdə isə xatırlatmağıma baxmayaraq, müqaviləni yeniləmədilər. Maaşım da aylıq 450 manat idi. Ancaq 3 ay ərzində mənə hissə-hissə 776 manat ödədilər. Aprel ayında maaşı düzgün şəkildə ala bilmədiyimi görüb, öz istəyimlə işdən ayrıldım.

Hazırda isə digər yükdaşıma xidmətində fəaliyyət göstərmək üçün bütün sənədlərimi hazır etmişəm, lakin 5 aydır ki, “188” yükdaşıma xidməti müqaviləmə xitam verməyib. Ona görə də, yeni şirkətdə işləyə bilmirəm. Bununla bağlı, dəfələrlə müraciət etsəm də, müraciətimə baxmırlar və zənglərimi açmırlar”.

Məsələ il bağlı “188” yükdaşıma xidməti ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab ala bilmədik.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə saytımıza verilən açıqlama bildirilib ki, vətəndaş Mirzəyev Sahib Sakit oğlunun müraciəti bu gün, 17.08.2026-cı il tarixində daxil olub:

“Müraciət Xidmət tərəfindən araşdırmaya götürülüb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi 12:29 Məhkəmə İmran Xan barəsində qərar verdi 12:22 Dünya çempionatında bir idmançımız yoluna davam edir 12:14 İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq 11:56 Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT 11:45 Qalibaf İraqa gedir 11:07 Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi 11:26 Yer kürəsində maqnit fırtınası başladı – XƏBƏRDARLIQ 10:59 Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var 11:00 Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya 10:58 Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Bütün Xəbərlər