"Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər

"Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər
08.07.2026 14:02

Jurnalist Qafqaz Rafiqoğlu atasının uzun illərdir davam edən kompensasiya problemi ilə bağlı ilk dəfə ictimaiyyətə müraciət edib. 

Todaypress TV xəbər verir ki, Qafqaz Rafiqoğlu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, son yeddi il ərzində yaşadıqları problemləri ictimailəşdirməməsinin əsas səbəbi dövlətin ədalətinə olan inamı olub.

"Bilənlər bilir ki, atamın başına gələnlərdən sonra nələr çəkmişik. Mən bu 7 ildə problemimiz haqqında bir kəlmə də yazıb ictimailəşdirməyi özümə rəva bilməmişəm. Çünki dövlətin ədalətinə güvənmişəm. Məsələni indi ictimailəşdirməyimin səbəbi isə xoşagəlməz halların, hətta faciənin qarşısının alınması üçün addımların atılmasıdır".

Jurnalist paylaşımında "Eurohome" bazarında baş vermiş yanğından sonra atasına ödənilməli olan kompensasiyanın bu günədək verilmədiyini iddia edib.

Onun sözlərinə görə, iş adamı Azay Möhnətov kompensasiyanın ödənilməsi ilə bağlı illərlə vədlər versə də, sonradan mövqeyini dəyişib:

""Eurohome" bazarı yanandan sonra atama ödəməli olduğu kompensasiyanı beş il ərzində "verəcəyəm" deyə uzatdıqdan sonra son söz "get hara şikayət edirsən et" oldu. Əslində bu sözünü də təsdiqləmiş oldu. Hələ ki, etdiyimiz şikayətlər cavabsız qalıb. Amma bizim inamımız tükənməyib. Xüsusi olaraq qeyd edim ki, Azay Möhnətov kompensasiyanın ödənilməsi üçün iki böyük qurumda və mötəbər şəxslər qarşısında söz vermişdi. Dövlətimizə və hökumətə hörmətimizdən həmin qurumların adını heç vaxt hallandırmamışıq".

Sonda Qafqaz Rafiqoğlu bildirib ki, ailəsinin yeganə tələbi ünvanladıqları müraciətlərə baxılması və məsələnin qanun çərçivəsində həll olunmasıdır.

“Bu gün istəyimiz yalnız atamın son bir ildə dəfələrlə ünvanladığı şikayət və məktublara baxılması və Azay Möhnətov adlı "Böyük Güc" qarşısında dövlətin ədalətinin təmin edilməsidir".

Türkan İsgəndərli

Todaypress TV

XƏBƏR LENTİ
08 IYUL 2026
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM 15:31 "İmişli" 19 yaşlı futbolçu ilə müqavilə imzaladı 15:28 Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi 15:26 Akademik Əjdər Məcidov vəfat etdi 15:11 İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir 14:50 Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü 14:48 Müdafiə naziri komandanları təltif etdi - FOTO 14:45 Pit Heqset İsrailə səfərini ləğv etdi - SƏBƏB? 14:32 Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı 14:25 "Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi 14:21 "Onları Rusiyadan qorumaq üçün 1 trilyon xərclədik..." 14:18 "Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər 14:02 XİN başçısından kritik çağırış: Başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak cinayətdir! 14:00 Tramp Türkiyəyə gəlib, əlimiz çatır, vuraq - İranlı deputat 13:55 Trampın Türkiyəyə verəcəyi F-35-lər KAAN-ı göməcək? 13:38 NATO-nun Ankara sammiti Türkiyəni dünya gücünə çevirdi - TƏHLİL 13:35 Ruttedən Putinə sərt xəbərdarlıq: "Bizimlə oyun oynamayın" 13:17 "BakuBus" MMC-dən vətəndaşa kurioz cavab: Kondisioner işləyəndə təşəkkür etmirsiniz, işləməyəndə zəng edirsiniz 13:14 Sabahın havası açıqlandı, neçə dərəcə isti olacaq? 13:11 Tramp Ərdoğana canlı yayımda tələ qurdu: O da İranı sevmir 12:45 Tramp bu dəfə İspaniyanı "hədəf taxtası"na qoydu - Əlaqələrə yenidən baxılacaq! 12:42 ABŞ-nin İranla atəşkəsi artıq qüvvədə deyil - TƏCİLİ 12:26 Azərbaycan və İordaniya XİN başçıları danışıqlar aparır 12:26 Nərmin Şahmarzadə Ələsgər Məmmədli və qardaşını biabır etdi: "Milyonlar pul..." 12:08 ABŞ-İran münaqişəsini yenidən qızışdıran 4 SƏBƏB - Memorandumu heçə saydılar 12:03 Bütün Xəbərlər