İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir

İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir
08.07.2026 14:50 Təhlil

Bir neçə aydır davam edən nisbi sakitlik fonunda Yəməndə son günlər vəziyyət kəskin şəkildə gərginləşib. Əsas səbəb İranın Husilərin nəzarətində olan Səna beynəlxalq hava limanına birbaşa uçuş xəttinin açılmasıdır. 

Yəmən Prezident Şurası bu addımı ölkənin suverenliyinə ciddi təhdid və açıq müdaxilə kimi qiymətləndirib. Rəsmi Səna  uçuşların humanitar məqsədlə olduğunu desə də, Prezident Şurası  siyasi və hərbi dəstəyin yeni mərhələsi kimi görür.

Husilər isə əksinə, Prezident Şurasını “xarici qüvvələrlə əməkdaşlıqda” ittiham edərək, vəziyyəti daha da gərginləşdiriblər.

Husilərin hərbi sözçüsü açıq şəkildə xəbərdarlıq edib ki, əgər hava limanının blokadası davam etsə, onlar ölkənin digər hava limanlarını və iqtisadi obyektləri hədəfə ala bilərlər.

“Hər hansı təhdidə sərt cavab veriləcək” mesajı  yeni eskalasiya üçün zəmin yaradır.

Paralel olaraq ölkənin müxtəlif bölgələrində qəbilə səfərbərliyi güclənir. Xüsusilə Cövf (Jawf) bölgəsində tanınmış qəbilə liderlərindən birinin çıxışından sonra Husilərə qarşı silahlı yığıncaqlar keçirilib.

Bu daha geniş anti-Husi koalisiyasının formalaşma əlamətidir.

Hudeydənin Tihamə bölgəsində isə vəziyyət daha kritikdir. Husilərlə yerli qüvvələr arasında döyüşlər yenidən alovlanıb, hər iki tərəfdən itkilər var. Bu ərazi strateji əhəmiyyət daşıdığı üçün burada baş verən hər hansı toqquşma ümumi münaqişənin miqyasını genişləndirə bilər.

Analitiklər hadisələrin Yəməni 2022-ci ilin atəşkəsdən  əvvəlki vəziyyətinə qaytara biləcəyini deyirlər. 

O dövrdə ölkədə şiddətli döyüşlər davam edirdi və humanitar böhran pik həddə çatmışdı. İndi İran dəstəkli Husilərlə Yəmən hökumət qüvvələri arasında yeni mərhələnin başlaması ehtimalı getdikcə artır.

Hələlik proseslər lokal xarakter daşııyır.  Əsas oyunçuların (İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi tərəflər) mövqeləri nəzərə alındıqda, qaynar qarşıdurmaya bir kibrit məsafəsində olduqları aydındır. 

Yəmən yenidən “unudulmuş müharibə”nin mərkəzinə çevrilmək ərəfəsindədir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
08 IYUL 2026
ABŞ-nin İrana endirdiyi zərbələrin görüntüləri yayıldı - VİDEO 16:04 İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı 16:00 XİN rəhbərinin iki müavininə səfir rütbəsi verildi 15:52 Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi 15:33 Prezident bu şəxslərə diplomatik rütbə verdi - SƏRƏNCAM 15:31 "İmişli" 19 yaşlı futbolçu ilə müqavilə imzaladı 15:28 Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi 15:26 Akademik Əjdər Məcidov vəfat etdi 15:11 İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir 14:50 Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü 14:48 Müdafiə naziri komandanları təltif etdi - FOTO 14:45 Pit Heqset İsrailə səfərini ləğv etdi - SƏBƏB? 14:32 Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı 14:25 "Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi 14:21 "Onları Rusiyadan qorumaq üçün 1 trilyon xərclədik..." 14:18 "Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər 14:02 XİN başçısından kritik çağırış: Başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak cinayətdir! 14:00 Tramp Türkiyəyə gəlib, əlimiz çatır, vuraq - İranlı deputat 13:55 Trampın Türkiyəyə verəcəyi F-35-lər KAAN-ı göməcək? 13:38 NATO-nun Ankara sammiti Türkiyəni dünya gücünə çevirdi - TƏHLİL 13:35 Ruttedən Putinə sərt xəbərdarlıq: "Bizimlə oyun oynamayın" 13:17 "BakuBus" MMC-dən vətəndaşa kurioz cavab: Kondisioner işləyəndə təşəkkür etmirsiniz, işləməyəndə zəng edirsiniz 13:14 Sabahın havası açıqlandı, neçə dərəcə isti olacaq? 13:11 Tramp Ərdoğana canlı yayımda tələ qurdu: O da İranı sevmir 12:45 Tramp bu dəfə İspaniyanı "hədəf taxtası"na qoydu - Əlaqələrə yenidən baxılacaq! 12:42 Bütün Xəbərlər