Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı

Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı
01.07.2026 16:22

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu vəzifəsindən ayrıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Elnur Hidayətoğlu bildirib ki, bu gündən etibarən öz təşəbbüsü ilə TƏBİB-dəki fəaliyyətini başa vurub:

"5 ildən artıqdır ki, tibb sahəsində PR rəhbəri kimi çalışırdım. 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdim. Ölkənin ən böyük dövlət xəstəxanalarının birində işləməklə xəstəxana sistemini, BBSM-də işləməklə poliklinika, yəni ilkin səhiyyə xidmətini yaxından öyrəndim. TƏBİB aparatında işləmək isə mənə səhiyyənin idarə olunması sahəsində təcrübə qazandırdı"

O, fəaliyyəti dövründə media ilə əməkdaşlığa xüsusi önəm verdiyini, çoxsaylı PR layihələrinin həyata keçirildiyini və jurnalistlərlə qarşılıqlı hörmətə əsaslanan münasibət qurmağa çalışdığını vurğulayıb:

"Bu işin ən önəmli tərəfi, sözsüz ki, media ilə münasibətlərdir. Bu baxımdan inanmaq istərdim ki, media nümayəndələri də məndən razı qaldılar. Çünki heç vaxt özümü onlardan fərqli hesab etmədim, münasibətim heç bir vəzifədə, heç bir mərhələdə dəyişmədi. Açığı, qarşılığında onlar da mənə hər zaman hörmətlə yanaşdılar, əməkdaşlığımıza dəyər verdilər. Bəzən elə məqamlar oldu ki, güzəşt etdilər, səbirsiz davranmadılar, müəyyən məqamları anlayışla qarşıladılar. Buna görə hər birinə təşəkkür edirəm! İnsana qalan elə budur: yaxşı münasibət, qarşılıqlı hörmət, xoş sözlər!"

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUL 2026
"Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü 17:28 Putin çarəsiz qaldı, Hindistandan təcili yardım istədi 17:22 Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam 17:17 "Qarabağ" Ukrayna klubuna uduzdu 17:05 Maaş və pensiya arasındakı fərq - Təqaüdə çıxmaqdansa, işləməyə üstünlük verirlər 16:36 Ursula Fon der Lyayen Azərbaycana səfərə gəldi 16:47 Afrikalı fransızlar dünya çempionu olacaqlar! 16:43 Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? 16:35 Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA 16:32 1/16 final mərhələsinin növbəti oyunları açıqlandı 16:24 Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı 16:22 MEDİA Prezidentə inamı açıqladı - SORĞU 16:14 İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? 16:11 Xameneinin dəfni zamanı yüzlərlə məhbus əfv olunacaq 16:00 İrəvan Moskva ilə razılığa gəlir: Paşinyan və Mişustin nələri müzakirə etdi? 15:47 Ukrayna Rusiya üzərində tarixi qələbəyə yaxınlaşır - son 4 gün... 15:37 Rusiyanın strateji obyekti alovlara təslim oldu - VİDEO 15:37 Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Amerika İran gəmisini birgə təlimə dəvət etdi, sonra torpedo ilə vuraraq batırdı 15:18 İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı 15:11 Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir? 15:02 "Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı 14:57 "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı 14:48 Ali təhsil almaq istəyənlər DİQQƏT! Həftəsonu imtahan VAR 14:38 Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Bütün Xəbərlər