"Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü

"Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü
01.07.2026 17:27 Təhlil

1 iyul – Azərbaycanda Bakılılar Günü kimi qeyd edilir.

Bəs təqvim olaraq məhz 1 iyulun seçilməsinin əsl səbəbi nədir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tarixçi Zaur Əliyev məsələni belə izah edib:


“Çar Rusiyası və Cümhuriyyət dövründə əhalinin böyük əksəriyyətinin doğum haqqında sənədi yox idi. 1905, 1906, 1907 və 1908-ci illərdə ermənilərin törətdikləri soyqırımları və dağıntılar nəticəsində əhalinin böyük hissəsinin sənəd problemi yaranmışdı. Bakı isə xüsusi əhəmiyyət daşıyan şəhər idi və burada çoxsaylı insanlar yaşayırdı.

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra əhali üzərində ümumi nəzarəti təmin etmək məqsədilə sənədləşdirmə prosesinə başladılar. Yeni sənədlərin verilməsi prosesi 1921-ci ilin iyun ayının sonlarında başlanmışdı. Xüsusilə yaşlı nəslin sənəd almasında çətinliklər var idi. Onların hansı gün, hansı ay və hansı ildə anadan olduqlarını təsdiq edən heç bir sənəd mövcud deyildi.

Sənədləşdirmə və qeydiyyat zamanı bu şəxslərin doğum tarixi təxmini olaraq sənədin verildiyi günə – yəni iyunun 30-na və ya iyulun 1-nə qeyd edilirdi. Beləliklə, əksər bakılının rəsmi "ad günü" 1 iyula düşdü. Buna görə də xalq arasında bu gün "bakılıların ümumi ad günü" kimi tanınmağa başladı”.

Tarixçinin sözlərinə görə, çox adam 1 iyulu Bakı Şəhəri Günü hesab edir. Bu, doğru deyil:

“Şəhər günləri şəhərin təməlqoyma tarixindən hesablanır. Məsələn, 2 sentyabr "Odessa Günü" kimi qeyd olunur, çünki həmin gün şəhərin təməli qoyulub. Lakin bu tarix odessalıların günü kimi qeyd edilmir. Bakılılar Günü isə fərqlidir – bu, şəhərin yaranma tarixi ilə deyil, sakinlərin sənədləşdirilməsi tarixi ilə bağlı formalaşmış ənənədir.

Sənəd verilən zaman vətəndaşın yaşı təxmini müəyyən edilir, doğum tarixi kimi isə sənədin verildiyi gün qeydiyyata alınırdı. Məhz buna görə də bu prosesin ən intensiv getdiyi 1921-ci ilin iyun–iyul aylarında müraciət edən çox sayda bakılının doğum tarixi 01.07. kimi rəsmiləşdirildi”.

Zaur Əliyev məsələnin sosial şəbəkələrdə Arsen adlı bir erməninin adı ilə əlaqələndirilməsinin də doğru olmadığını bildirib:

“Çünki Arsenin bu təklifi irəli sürməsinin arxasında 1918-ci il hadisələri dayanır. Ermənilər həmin il iyulun 1-də Şaumyanın başçılığı ilə "Bakı – əbədi Rusiya" şüarı altında Qafqaz İslam Ordusunun qarşısını almaq məqsədilə aksiyalar keçirərək şəhər əhalisini öz ətraflarında toplamağa çalışıblar. Arsenin təklifi, əslində, Şaumyanın türk ordusuna qarşı təşkil etdiyi aksiya gününü tarixə yazmaq cəhdidir. Bu isə ermənilərin məqsədlərinə uyğun növbəti təxribat xarakterli addımdır. Reallıq isə fərqlidir.

1920–30-cu illərdə doğulan insanların dilində 1 iyul "Pasport günü" və ya "Hamının ad günü" adlanırdı. 1 iyul rəsmi bayram deyil, sosial şəbəkələrdə və şəhər sakinləri arasında formalaşmış qeyri-rəsmi bir ənənədir.

Kimin hansı mövqedən çıxış etməsindən asılı olmayaraq, bu gün artıq bir simvola çevrilib. Kimin doğum gününün bu tarixə düşüb-düşməməsindən asılı olmayaraq, bütün bakılılar bu günü öz günləri kimi qəbul edir. Bizə isə gözəl Bakımızın gözəl sakinlərini bu münasibətlə təbrik etmək düşər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub 19:23 Tourette sindromu necə təzahür edir? Əsas əlamətlər və yanaşma 16:29 İlham Əliyev Ursula Fon der Lyayenlə təkbətək görüşdü 19:16 Səmanın yeni ağası havada: Su-57 döyüş meydanında nələri dəyişəcək? 17:58 Marko Palestra "Çelsi"yə transfer olundu 17:23 İrritabl bağırsaq sindromu: Hansı şikayətlərlə özünü göstərir? 16:19 İsrail höküməti bu torpaqları ABŞ-yə verir 17:31 "Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü 17:28 Putin çarəsiz qaldı, Hindistandan təcili yardım istədi 17:22 Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam 17:17 "Qarabağ" Ukrayna klubuna uduzdu 17:05 Maaş və pensiya arasındakı fərq - Təqaüdə çıxmaqdansa, işləməyə üstünlük verirlər 16:36 Ursula Fon der Lyayen Azərbaycana səfərə gəldi 16:47 Afrikalı fransızlar dünya çempionu olacaqlar! 16:43 Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? 16:35 Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA 16:32 1/16 final mərhələsinin növbəti oyunları açıqlandı 16:24 Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı 16:22 MEDİA Prezidentə inamı açıqladı - SORĞU 16:14 İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? 16:11 Xameneinin dəfni zamanı yüzlərlə məhbus əfv olunacaq 16:00 İrəvan Moskva ilə razılığa gəlir: Paşinyan və Mişustin nələri müzakirə etdi? 15:47 Ukrayna Rusiya üzərində tarixi qələbəyə yaxınlaşır - son 4 gün... 15:37 Rusiyanın strateji obyekti alovlara təslim oldu - VİDEO 15:37 Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Bütün Xəbərlər