Bakı–Şamaxı–Yevlax yolunun bəzi hissələrində buzlaşma var

Bakı–Şamaxı–Yevlax yolunun bəzi hissələrində buzlaşma var
14.12.2025 18:15

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bəzi hissələrində eləcədə döngələrdə buzlaşma yaranıb.

TodayPress TV  xəbər verir ki, bu gün səhər saatlarından Qobustana yağan qar və müşahidə olunan şaxtalı hava səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bu rayonun ərazisindən keçən enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yaranıb.

Təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi avtomobillərin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb. Qısa müddət ərzində yolun buzlaşan hissələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası tərəfindən təmizlənib, yollara duz-qum qarışığı səpilib və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

AAYDA-nın baş mühəndisi Həsən Məmmədli bildirib ki, əməkdaşlar gecə və səhər saatlarında yolboyu xidmət göstəriblər. Onun sözlərinə görə, buzlaşma müşahidə edilsə də, avtomobillərin hərəkətində ciddi problem yaranmayıb. Hazırda paytaxtdan Şamaxıya və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol tam açıqdır.

Baş mühəndis əlavə edib ki, idarənin əməkdaşları növbəli şəkildə ərazidə xidmətdədirlər və ehtiyac yarandığı halda dərhal müdaxilə olunacaq. Bunun üçün kifayət qədər duz-qum ehtiyatı, zəruri materiallar və xüsusi texnika mövcuddur.

Qeyd edək ki, axşam saatlarında bölgədə yenidən qar yağacağı, havanın şaxtalı keçəcəyi və yolların qismən buz bağlaya biləcəyi ehtimal olunur. Bu səbəbdən sürücülərə ehtiyatlı olmaları, gecə saatlarına planlaşdırılan səfərlərini gündüz vaxtlarına keçirmələri tövsiyə edilir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Bütün Xəbərlər