Havanın temperaturu 19 gün normadan yuxarı olub

Havanın temperaturu 19 gün normadan yuxarı olub
02.02.2026 11:30 Cəmiyyət

2026-cı ilin yanvar ayında Azərbaycanda havanın temperaturu 19 gün iqlim normasından yuxarı (0.9–8.8 dərəcə), 10 gün normadan aşağı (0.7–1.9 dərəcə), 2 gün isə norma daxilində olub.

TodayPress TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, orta aylıq temperatur 6.2 dərəcə isti olub, bu da iqlim normasından 1.8 dərəcə yuxarıdır.

Nazim Mahmudovun sözlərinə görə, yanvar ayında normadan maksimal fərq yanvarın 12-də qeydə alınıb.

"Həmin gün havanın maksimal temperaturu Abşeron yarımadasında (Sumqayıt) 21 dərəcə isti, bölgələrdə isə (Astara) 23 dərəcəyədək isti olub. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında yanvarın 22-də 1.5 dərəcə şaxta (Bakı, Maştağa), yüksək dağlıq ərazilərdə isə yanvarın 16-da 22 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb. Yanvar ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə sulu qar və qar yağıb, bəzi ərazilərdə isə yağıntılar leysan xarakterli intensiv və güclü olub".

Xidmət rəisi qeyd edib ki, bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti qeydə alınıb:

"Ən çox yağıntı aylıq normanın 271 faizi olmaqla Lənkəran–Astara zonasına (128.2–206.4 mm) və aylıq normanın 205 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Binə – 48.1 mm) düşüb. Qar örtüyünün maksimal hündürlüyü Lerikdə 116 sm təşkil edib".

O, həmçinin bildirib ki, yanvar ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 xəbərdarlıq (sarı və narıncı) verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 20 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib.

(APA)

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bütün Xəbərlər