AZAL 2030-cu ilədək 30-dan çox yeni təyyarə alacaq

AZAL 2030-cu ilədək 30-dan çox yeni təyyarə alacaq
11.07.2025 21:20

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2030-cu ilə qədər donanmasını yeniləmək məqsədilə 30-dan çox yeni təyyarə alacağını planlaşdırır.

TodayPress TV xəbər verir ki, bunu Bakı–Mersin aviareysinin açılışı münasibətilə keçirilən tədbirdə AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, aviaşirkət donanmasının unifikasiyası çərçivəsində gələcəkdə yalnız iki tip hava gəmisindən istifadə edəcək: dar gövdəli “Airbus A320 Neo” ailəsi və geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələri: “Bu strategiya donanmanın orta yaşını 5–6 ilə endirməyə imkan verəcək ki, bu da beynəlxalq standartlara əsasən yüksək göstərici hesab olunur. Artıq yeni təyyarələrin alınması üzrə müqavilələr imzalanıb. 2025–2026-cı illərdə AZAL parkına bir ədəd “Boeing 787” və səkkiz ədəd “Airbus A320 Neo” tipli təyyarənin daxil edilməsi nəzərdə tutulur. Hazırda AZAL-ın aviaparkı müxtəlif modifikasiyalı 25 hava gəmisindən ibarətdir və onların orta istismar yaşı 11 ildir. Artan sərnişin tələbatını qarşılayacaq çevikliyə nail olmaq məqsədilə aviaşirkət müvəqqəti olaraq əlavə üç “Airbus A320” təyyarəsi icarəyə götürüb”.

F. Hüseynov AZAL-ın son illərdə dayanıqlı inkişaf, ekoloji məsuliyyət və sosial təşəbbüslər sahəsində də mühüm addımlar atdığını qeyd edib.

“Şirkət karbon emissiyalarının azaldılması, yaşıl enerji istifadəsi və beynəlxalq dayanıqlılıq standartlarına uyğunlaşma istiqamətində ciddi irəliləyişlər əldə edib. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə bu sahədə beynəlxalq səviyyədə tanınma qazanır”, - deyə o bildirib.

2024-cü ildə hava limanı Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) Proqramı çərçivəsində Səviyyə 2 (Azaltma) Sertifikatına layiq görülüb. Bu, karbon emissiyalarının sistemli şəkildə azaldılması istiqamətində atılan addımların nəticəsidir.

F.Hüseynovun sözlərinə görə, 2050-cu ilə qədər Heydər Əliyev Beynəlxalq Hava Limanı “sıfır emissiya” hədəfinə çatmağı planlaşdırır. Bu məqsədlə bərpa olunan enerji sahəsində investisiyalar artırılır – hava limanı ərazisində günəş panelləri quraşdırılıb və enerjiyə qənaət proqramları tətbiq olunur.

Ötən il ərzində həyata keçirilən tədbirlər nəticəsində karbon emissiyaları 8% azaldılıb, sistemlərin modernləşdirilməsi sayəsində isə 260 min kVt/saat həcmində elektrik enerjisinə qənaət edilib.

XƏBƏR LENTİ
04 AVQUST 2026
Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Bütün Xəbərlər