Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi!

Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi!
04.08.2026 13:04 İdman

Çili Futbol Federasiyası Vozinyaya “Kolo-Kolo”da ləqəbi ilə çıxış etməyə icazə verib.

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, Çili çempionatının qaydalarına əsasən futbolçuların formalarında yalnız rəsmi soyadları göstərilməlidir.

Lakin əsl adı Jozimar Joze Evora Diaş olan 40 yaşlı qolkiper son dünya çempionatındakı çıxışından sonra məhz “Vozinya” ləqəbi ilə geniş tanınıb.

Bildirilir ki, mundialdakı uğurlu performansından sonra onun sosial şəbəkələrdəki izləyici sayı bir neçə mindən milyonlara yüksəlib.

Çili Futbol Federasiyası digər klubların da razılığı ilə bu qaydada istisna tətbiq edib. Qərar həm “Kolo-Kolo”, həm də futbolçunun özü tərəfindən dəstəklənib.

Kabo-Verde millisinin qapıçısı Vozinya Çilinin “Kolo-Kolo” klubu ilə mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, qolkiper son olaraq Portuqaliyanın “Şaveş” klubunda çıxış edib. O, son mundialda Kabo-Verde millisi ilə 1/8 finala yüksəlib. Komanda bu mərhələdə əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olub. Vozinya turnirdə keçirdiyi dörd oyunda beş qol buraxıb və FIFA azarkeşlərinin səsverməsinə əsasən mundialın rəmzi komandasının qapıçısı seçilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Pezeşkiandan istefa açıqlaması: Nə baş verir? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı 12:01 Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... 12:00 Bütün Xəbərlər