Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi?

Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi?
22.06.2026 14:15

Bakıda 214 saylı marşrut avtobusunun qadının üstündən keçməsi ilə nəticələnən faciəli hadisədən sonra ictimaiyyətdə sürücülərin, xüsusilə də avtobus sürücülərinin daha ciddi nəzarətə cəlb olunması ilə bağlı müzakirələr genişlənib. 

Bir çox vətəndaş sürücülərin hər ay narkoloji müayinədən keçirilməsini təklif edir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə bildirib ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər artıq hər gün reysə çıxmazdan əvvəl tibbi yoxlamadan keçirlər.


Onun sözlərinə görə, ictimai nəqliyyatda çalışan sürücülərin sağlamlıq vəziyyəti gündəlik nəzarətdə saxlanılır və onlar reysqabağı müayinədən keçirilirlər:

“Rəqəmsal marşrutda çalışan sürücülər onsuz da hər gün reysqabağı yoxlamadan keçirilirlər. Bu yoxlamalar sürücünün səhhətinin və iş qabiliyyətinin qiymətləndirilməsi baxımından vacib prosedurdur".

Eldəniz Cəfərov əlavə edib ki, sürücülərlə bağlı əlavə nəzarət tədbirlərinin tətbiqi isə əsasən marşrut daşıyıcılarının məsuliyyət dairəsinə daxildir:

"Daşıyıcı şirkətlər sürücünün davranışında və ya sağlamlıq vəziyyətində hər hansı şübhəli məqam müşahidə etdikləri halda, onu əlavə tibbi müayinələrə, o cümlədən narkoloji və digər testlərə yönləndirə bilərlər".

Qeyd edək ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən avtobus digər nəqliyyat vasitəsindən düşən 71 yaşlı piyadanı vurub, daha sonra isə üstündən keçib. Ağır xəsarətlər alan 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aparıldığı Sabunçu xəstəxanasında vəfat edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI 16:48 Ermənilər və Hind qaraçıları arasındakı bioloji eynilik - Tarixçi onları ifşa etdi 16:39 Ermənilər Bülbüldən o qədər qorxurdular ki, 31 il sonra büstünün başına avtomatla atəş açdılar 16:37 "Traktor"un qapıçısı Amerikada qəhrəman oldu - Dünya ondan danışır 16:25 Şimalda qorxulu təbiət hadisəsi davam edir - Aktiv zonadan ən son yeniliklər 16:18 "Qarabağ" iki futbolçusu ilə yolları ayırdı 16:13 Xəzər elə hala düşdü ki, su əvəzinə mazut, adamlara yapışır 16:09 "Cənubi Qafqaz İrandan qopardılıb" – Tehran Qafqazda torpaq iddiası edir 16:04 1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir? 15:52 Telefonlar yoxlanılacaq - Paşinyanı dəstəkləyənlər ölkədən qovulur 15:39 İran nüvə obyektlərini açdı — Xaricilər yoxlamağa gəlir 15:38 Nəzarətsiz çimərlikdə bədbəxt hadisə: Batan 4 nəfərin ikisi tapıldı - YENİLƏNDİ 15:17 Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi 15:29 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 11:29 Abituriyentlərin NƏZƏRİNƏ: Bu qrupun keçid balları enəcək 15:14 Yaxın Şərq ölkəsi Azərbaycandan nə istəyir? 15:09 Qoşa yarışda böyük UĞUR: Parabadmintonçumuz fəxri kürsüyə yüksəldi 14:56 Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya... 14:43 Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO 14:35 Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi? 14:15 Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..." 14:06 Ermənistan təyyarəsinin Rusiyada başına iş gəldi - Aləm qarışdı 13:59 Moskvanın bütün hava limanları BAĞLANDI 13:51 "Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli oldu 13:46 Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram 13:36 Bütün Xəbərlər