"Cənubi Qafqaz İrandan qopardılıb" – Tehran Qafqazda torpaq iddiası edir - VİDEO

"Cənubi Qafqaz  İrandan qopardılıb" – Tehran Qafqazda torpaq iddiası edir - VİDEO
22.06.2026 16:03 Təhlil

"Cənubi Qafqaz çox da uzaq olmayan keçmişdə bizdən alınıb və hazırda İranın nüfuz dairəsindədir. İran TRİPP layihəsinin həyata keçirilməsinə imkan verməyəcək".

Bunu İranın Azərbaycandakı keçmiş səfiri və hazırda İran prezidentinin administrasiyasında məsul vəzifə daşıyan Seyid Abbas Musəvi deyib.

Görünür, Tehrandakı mühafizəkar dairələr hələ də XIX əsrin geosiyasi masasında ilişib qalıb. Musəvinin iddiaları həm tarixi təhrifdir, həm də regionun bugünkü reallıqlarına tamamilə ziddir.

Musəvinin Gülüstan (1813 - Şimali Azərbaycanın Rusiyaya ilhaqı) və Türkmənçay (1828 - Azərbaycanın iki imperiya arasında yekun bölünməsi) müqavilələrinə eyham vuraraq regional mülkiyyət iddiası irəli sürməsi hüquqi-tarixi baxımdan mifik yanaşmadır.

Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etmiş, regionun geosiyasi xəritəsini dəyişmiş suveren bir dövlətdir. Bakını kiminsə "nüfuz dairəsi" adlandırmaq müstəqilliyimizə qarşı birbaşa hörmətsizlikdir və qəbulolunmazdır.

Keçmiş səfir ABŞ-də Donald Trampın regional siyasətinin yaratdığı konyunkturadan istifadə edərək Cənubi Qafqazın İranın təsir zonasına düşdüyünü iddia edir. Lakin unudur ki, Azərbaycan xarici siyasətini böyük güclərin təzyiqlərinə və ya regiondakı kənar kəşfiyyat oyunlarına görə quran ölkə deyil. Bakı tam müstəqil xətt yürüdür. İranın özünü "bölgənin yeganə sahibi" kimi təqdim etmək cəhdi daxili auditoriyaya hesablanmış, heç bir siyasi çəkisi olmayan təbliğatdan başqa bir şey deyil.

Regional nəqliyyat və kommunikasiya layihələrinin reallaşmasına mane olacaqları ilə bağlı hədələr Tehranın oyundan kənarda qalma qorxusunu büruzə verir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin açar nöqtəsidir. Bakı hər zaman regional əməkdaşlığa açıq olub, lakin heç bir qonşu dövlətin bizim iqtisadi və strateji layihələrimizə veto qoymaq imkanı və hüququ yoxdur.

Musəvinin bəyanatı diplomatik etikadan uzaqdır. Cənubi Qafqazın, xüsusən də regionun taleyini müəyyən edən lider dövləti olan Azərbaycanın heç kimin diktəsinə uymayacağı aydındır. Tehran reallıqla barışmalı və qonşuları ilə təhdid dilində yox, bərabərhüquqlu tərəfdaş kimi danışmağı öyrənməlidir. Əks halda, uduzan özü olacaq.

Jalə Rövşən

XƏBƏR LENTİ
14 AVQUST 2026
Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR 10:52 Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi 11:20 Tverdə dron qalıqları anbarın divarını dağıtdı: İşçilər təxliyə edildi 10:35 Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur! 10:55 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:32 Finlandiya uçuş qadağasını aradan qaldırdı 10:15 Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir 10:06 Azərbaycan nefti ucuzlaşdı 10:02 Avro bahalaşdı, rubl və lirə ucuzlaşdı – MƏZƏNNƏ 09:20 Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər! 10:09 Onlarla PUA vuruldu, limanda yanğın çıxdı 09:54 Qasperinidən Fofana təkidi: “Roma” transfer üçün hərəkətə keçdi! 09:56 İran ABŞ və İsraili hədələdi: “Hüquqi məsuliyyət daşıyacaqlar” 09:53 Xəzərin sahilində dünya güləşçiləri bir araya gələcək! 09:48 Yaponiya Putinin Kuril səfərindən hiddətləndi: Rusiyaya qarşı yeni sanksiyalar gəlir 09:45 Fransa futbolu təhlükə qarşısında – iqlim dəyişiklikləri həyəcan yaradır 09:43 Şahbaz Şərif Qazaxıstana dövlət səfəri edəcək 09:31 26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək 09:28 ABŞ İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə uzada bilər 08:56 Mourinyonun “Real”da uğur şansı dəyərləndirildi 09:06 Bakının bu ərazilərində işıqlar sönəcək – Saatlar açıqlandı 08:51 Stubb Rusiyaya vaxt verdi: “Bir neçə həftəyə əlaqə qurmalıyıq” 08:34 Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçdi 08:25 Xankəndi növbəti sakinlərini qarşıladı 08:22 Oğruların ilk yoxladığı yerlər: Açarınızı buralarda gizlətməyin! 01:05 Bütün Xəbərlər